Açiq mənbələrdən foto.
Yerevan və Qarabağ arasında qarşıdurma güclənir
Bakı/23.05.23/Turan: Qarabağın Azərbaycanın tərkibində tanınması ilə bağlı Ermənistanın baş naziri Nikol Paşinyanın bəyanatını pisləyən və rədd edən Qarabağ "parlamenti"nin gecəki ultimatumundan sonra demək olar ki, separatçıların bütün liderləri Yerevana qarşı çıxıblar.
Belə ki, Ermənistanın üçüncü prezidenti Serj Sarkisyan və Qarabağın keçmiş "prezidentləri" Arkadi Qukasyan və Bako Saakyan da Paşinyanın fikirlərini pisləyiblər, onların yerinə yetirilməsinin mümkünlüyünü rədd ediblər.
Separatçıların keçmiş liderləri Arkadi Qukasyan və Bako Saakyan birgə bəyanatda Ermənistan hakimiyyətinin siyasətini "qəbuledilməz" adlandırıblar.
"Heç kimin bizim gələcəyimizi və uşaqlarımızın gələcəyini həll etməyə mənəvi haqqı yoxdur. Arsax mayın 22-də Ermənistanın baş nazirinin təqdim etdiyi yanaşmaları qəbul etməyib və qəbul etməyəcək. Bundan öncə necə mübarizə aparıbsa, indi də öz vətənində ləyaqətlə yaşamaq hüququ uğrunda bütün mümkün vasitələrlə mübarizə aparacaq", - bəyanatda deyilir.
Bundan əlavə, Qarabağ "parlamentinin rəhbəri" Artur Tovmasyan Paşinyanın mövqeyini pisləyib. O, bütün dünya ermənilərini, eləcə də Ermənistan ictimaiyyətini "Qarabağ ermənilərinin yaşamaq üçün sarsılmaz və qətiyyətli iradəsini" dəstəkləməyə çağırıb.
Qarabağın keçmiş "dövlət naziri" Ruben Vardanyan da analoji bəyanatla çıxış edib.
Yaxın vaxtlarda separatçıların hazırkı lideri Araik Arutyunyanın oxşar bəyanatlarla çıxış edəcəyi gözlənilir. 02D
-
- İqtisadiyyat
- 23 May 2023 13:47
-
- Cəmiyyət
- 23 May 2023 14:01
Siyasət
-
Gürcüstan prezidenti Salome Zurabişvili parlamentin qəbul etdiyi xarici agentlər haqqında qanun layihəsinə veto qoyub. O, bu barədə mayın 18-də iqamətgahında keçirdiyi brifinqdə məlumat verib.
-
Mayın 15-də istintaq təcridxanasında quru aclıq aksiyası elan edən Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) fəalı Elxan Əliyevin olan ailə üzvləri onuntaleyindən narahatdər. Mayın 16-dan bəri o ailsi əlaqə saxlamayıb və onun haqqında heç bir məlumat yoxdur.
-
İranın Energetika Nazirliyinin məlumatına görə, bazar günü İran və Azərbaycan prezidentlərinin iştirakı ilə "Qız Qalası" və "Xudafərin" bəndlərinin açılış mərasimi olacaq.
-
Azərbaycan prezidenti İlham Əliyev mayın 18-də Cəbrayıl rayonuna səfər edib.
Taksi sayı azaldılır, bəs köhnə taksiçilər nə ilə dolanacaqlar? – Rauf Ağamirzəyev Çətin sualda
Xəbər lenti
-
- Siyasət,
- 13:57
- 338
Rəy yaz