|
"Turan" İnformasiya Agentliyi aşağıdakı xidmətləri göstərir: | Özümüz haqda |
|
XƏBƏRLƏRİN REAL VAXT REJİMİNDƏ VERİLMƏSİ
Maksimal operativlik və ən yeni xəbərlərin istifadəçiyə tez bir zamanda çatdırılması! TURANINFO.COM internet serverindən başqa, biz TURAN ON-LINE İnternet serverində də geniş çeşidli informasiya xidmətləri təklif edirik.We provide a mechanism of specialised joining this server. TURAN ON-LINE aşağıdakı üstünlüklərə malikdir:
GÜNDƏLİK SİYASİ XƏBƏRLƏR BÜLLETENİ
Ölkənin ictimai-siyasi həyatına dair xəbərlərdən ibarətdir. Bütün hökumət strukturları, siyasi, ictimai və dini təşkilatların fəaliyyətini işıqlandırır, fövqəladə hadisələr barədə məlumat verir.
İQTİSADİ BÜLLETEN
İqtisadi xəbərlərdən ibarətdir. Bülleten aşağıdakı bölmələrdən ibarətdir: energetika, sənaye, kənd təsərrüfatı, makroiqtisadi göstəricilər, istehlak qiymətləri indeksi, maliyyə və banklar, sosial sahə, tenderlər, nəqliyyat və kommunikasiyalar.
GÜNDƏLİK ENERGETİKA BÜLLETENİ
Azərbaycan Respublikasının yanacaq-energetika kompleksi, neft və qaz sənayesi, neft kimyası və neft infrastrukturu haqqında məlumatlardan ibarətdir. Bülletendə həmçinin Xəzəryanı ölkələrin neft və qaz sənayesi barədə aktual xəbərlər təqdim olunur.
MALİYYƏ BÜLLETENİ
Azərbaycan Respublikasınnı maliyyə -bank sistemi haqqında ixtisaslaşdırılmış bülleten. Yerli və beynəlxalq bankların, malliyyə təşkilatlarının Azərbaycandakı fəaliyyətini, bank infrastrukturunun inkişafını, Azərbaycanın və regionun bank və sığorta bazarının vəziyyətini əks etdirir, maliyyə və valyuta birjalarında yerli və beynəlxalq səviyyədə keçirilən hərraclar barədə məlumatlar təqdim olunur.
TELEKOMMUNİKASİYALAR VƏ İNFORMASİYA TEXNOLOGİYALARI
Azərbaycanın və regionun telekommunikasiya sektoru, informasiya texnologiyaları və bu sahədə yeniliklər, tenderlər, statistika, şirkətlərin fəaliyyəti, bazarın vəziyyəti haqqında xəbərlərdən, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin rəsmi və qeyri-rəsmi informasiyalarından ibarədir.
NƏQLİYYAT
Nəqliyyat sektoru və onun bölmələri - boru kəmərləri, avtomobil, dəmir yolu, avianəqliyyat haqqında məlumatları əhatə edir. Bu sahələrdə yük daşımaları, tariflər, təklif olunan tenderlər və s. barədə informasiyalar təqdim edir.
ANALİTİK BÜLLETEN
Azərbaycanın ictimai-siyasi həyatında aktual hadisələrin, hakimiyyət və müxalifət, siyasətçilər, münaqişələr, xarici və daxili siyasət, tematik ekspert sorğusu və reytinqlər kontekstində icmalını əks etdirir.
AYLIQ SİYASİ MONİTORİNQ
İnformasiya-analitik bülleten ayın əsas siyasi hadisələrini əhatə edir. Partiya və dövlət liderlərinin siyasi portetləri, siyasi partiya və hərəkatların fəaliyyəti, Azərbaycan Respublikasının siyasi xəritəsi, hökumət institutları, seçki prosesi əks olunur. Bundan başqa, Agentliyin ekspertlərinin sorğuları və siyasi proqnozları dərc olunur.
AYLIQ İQTİSADİ İCMAL
Azərbaycan Respublikasında iqtisadi vəziyyətin ümumi icmalı və ayın əsas iqştisadi hadisələrinin təhlilindən ibarətdir. Hər bülleten aktual problemləri - özəlləşdirmənin gedişatı, infrastrukturun inkişafı, yeni bazarların formalaşdırılmasını əks etdirir, yanacaq-energetika sənayesi, aqrosənaye, bank sahələrində hadisələrin icmalı, siyasi və iqtisadi münasibətlərinin təhlili, onların sosial sahəyə təsiri və növbəti ayın hadisələrinin qısa anonsu təqdim olunur.
BAZARLARIN İCİMALI
Mal və xidmətlər bazarının icmalını, cari vəziyyətin təhlili və əsas tendensiyaların proqnozunu təqdim edir.
TENDERLƏR
Dövlət qurumları və müəssiləri, beynəlxalq təşkilatların nümayəndəlikləri, kommersiya strukturları və s. tərəfindən müxtəlif xidmətlərin göstərilməsinə elan olunan tenderlər barədə məlumat verir.
CƏNUBİ QAFQAZ ÖLKƏLƏRİNİN İCMALI
Bülleten Turan, BS-PRESS (Gürüstan), ARMINFO (Ermənistan) informasiya agentliklərinin xəbərlərinə əsaslanaraq, Cənubi Qafqaz ölkələrinin - Azərbaycan, Gürcüstan və Ermənistanın siyasi və iqtisadi həyatının əsas hadisələrinin xronikasını təqdim edir. Bülletendə həmçinin Cənubi Qafqaz ölkələri və bütün region üçün vacib siyasi və iqtisadi hadisələrin icmalı əks olunur. Bundan başqa, bülletendə beynəlxalq strukturların region ölkələrinin siyasi və iqtisadi proseslərinə dair qiymətləndirmələri də öz əksini tapır. Regional konfliktlərin monitorinqinə də xüsusi diqqət ayrılır.
DİN
Bülleten ölkədə dini vəziyyət xronikasını və əsas hadisələrin icmalını əhatə edir. Dövlətin din siyasəti sahəsində həyata keçirdiyi tədbirlər, dini və siyasi xadimlərin bu tədbirlərə reaksiyası, dini zəmində konfliktlər, eləcə də konfessiyalıarası sülh və əmin-amanlığın əldə olunması istiqamətində görülən tədbirlər bülletendə öz əksini tapır. Bundan başqa, bülletendə Azərbaycanın beynəlxalq dini hadisələrə münasibətinə dair məlumat da əldə etmək olar. Bülletenə həmçinin din sahəsində sosioloji araşdırmaların nəticələri də daxil edilir.
FOTOİNFORMASİYA Ölkənin siyasi, iqtisadi və mədəni həyatı haqqında gündəlik operativ foto informasiyalar. Marketinq və reklam üzrə menecer Elçin Mehdi (+99412) 493 32 67 (+99450) 213 86 37 e-mail: marketing@turan.az | |