RETURN

Şirvanda AXCP-nin iki fəalı həbs edilib
Cəmiyyət


2017 Oktyab 12 ( Cümə axşamı ) 21:36:40
Çap versiyası
English  Русский 

Bakı/13.10.17/Turan: Şirvanda Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) iki yerli fəalı inzibati həbsə məruz qalıb. Bu barədə Turan-a vəkil Yalçın İmanov bildirib.

Əlifağa Abdullayev və Eldəniz Səmədov oktyabrın 9 və 10-da həbs olunublar. Şəhər məhkəməsi Ə.Abdullayevi 15 sutka həbs edib. E.Səmədov 10 sutka həbs edilib. Onlar İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsilə (polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamaq) təqsirli biliniblər.

Məhkəmə zamanı fəallar bildiriblər ki, özlərini günahkar saymırlar və onların həbsinin əsl səbəbi oktyabrın 7-də Bakıda müxalifətin mitinqində iştirak etmələri və sosial şəbəkələrdə aksiyadan fotolar yaymalarıdır.

Vəkil Y.İmanovun sözlərinə görə, polisin tərtib etdiyi protokollardan aydın olmur ki, fəalların polisə tabe olmaması özünü nədə göstərir.

Müdafiə tərəfi həbsdən apellyasiya verəcək.

Şirvan hüquq-mühafizə orqanlarından şərh almaq mümkün olmayıb.

Xatırladaq ki, 7 oktyabr mitinqi ərəfəsində 6 nəfər AXCP fəalı saxlanılıb.

"Korrupsiyaya yox, siyasi məhbuslara azadlıq!" şüarı ilə keçirilən 7 oktyabr mitinqini Demokratik Qüvvələrin Milli Şurası təşkil edib.-06B--