RETURN
Moksva Yerevana silah alınması üçün 100 mln. dollar ayırıb

Moksva Yerevana silah alınması üçün 100 mln. dollar ayırıb
Siyasət


2017 Oktyab 12 ( Cümə axşamı ) 16:27:56
Çap versiyası
English  Русский 

Bakı/12.10.17/Turan: Rusiya Ermənistana müasir silah və hərbi texnika almaq üçün 100 mln. dollarlıq yeni kredit ayıracaq. Ermənistan hakimiyyəti oktyabrın 12-də kredit sazişini təsdiq edib, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.

Sazişə əsasən, kredit 20 illik veriləcək, bunun 5 ili illik 3% imtiyazlı olacaq.

Ermənistan sazişin ümumi dəyərinin 10%-i ölçüsündə krediti maliyyələşdirməli olacaq.

Ermənistan Müdafiə Nazirliyi və "Rosoboroneksport" silahların və hərbi texnikanın tədarükü, habelə onlara xidmət qaydaları, müddəti haqqında ayrıca sazişlər imzalayacaqlar.

Ermənistan tərəfi bu kreditdən 2018-2022-ci illərdə istifadə edəcək.

Xatırladaq ki, 2015-ci ildə Ermənistan ümumi məbləği 200 mln. dollar olan Rusiya silahının alınması üçün ixrac krediti alıb. Bu sazişlə Ermənistana "Smerç" raket sistemləri, "İqla-S" daşınan raketlər, "Avtobaza-M" radiotexniki kəşfiyyat kompleksləri, TOS-1A odsaçan sistemlər, tank əleyhinə "Konkurs-M" kompleksinə idarə olunan 9M113M raketləri və s. göndərilmişdi. -02D-