RETURN
İran, Rusiya və Azərbaycan prezidentlərinin görüşü planlaşdırılır

İran, Rusiya və Azərbaycan prezidentlərinin görüşü planlaşdırılır
Siyasət


2017 Oktyab 12 ( Cümə axşamı ) 16:38:35
Çap versiyası
English  Русский 

Bakı/12.10.17/Turan: Bu ilin sonuna qədər İranda Rusiya, İran və Azərbaycan prezidentlərinin görüşü planlaşdırılır. Bu barədə jurnalistlərə Rusiya prezidentinin köməkçisi Yuri Uşakov bildirib.

"Rusiya, İran, Azərbaycan üçtərəfli görüşü planlaşdırılır", deyən Uşakov səfərin ilin sonuna qədər keçiriləcəyini qeyd edib.

O, görüşün gündəliyini açıqlamayıb, yalnız səfər "üzərində iş getdiyini" bildirib.

2016-cı ildə Bakıda bu formatda ilk üçtərəfli görüş keçirilib və o, üç ölkə ərazisindən keçən Şimal-Cənub nəqliyyat dəhlizinin yaradılmasına həsr edilib.

Əldə edilmiş razılaşmalar çərçivəsində tərəflər üç ölkə arasında dəmir yolu əlaqəsinin açılması və Avropa və Asiya bazarlarına çıxış haqqında məsələni həll edir.

Bu nəqliyyat arteriyasının elementlərindən biri Astara şəhərində Azərbaycan və İran sərhədində dəmir yolu qovşağının tikintisi olacaq. -02D-