RETURN
Azərbaycan energetika naziri təyin edilib

Azərbaycan energetika naziri təyin edilib
Siyasət


2017 Oktyab 12 ( Cümə axşamı ) 17:35:26
Çap versiyası
English  Русский 

Bakı/12.10.17/Turan: Prezident İlham Əliyev Pərviz Şahbazovun ölkənin energetika naziri təyin edilməsi haqqında sərəncam imzalayıb.

Buna qədər o, Azərbaycanın AFR-də səfiri vəzifəsini tutub.

Şahbazov 1969-cu ildə Bakıda anadan olub, Azərbaycan Neft və Sənaye Universitetini bitirib. 1991-ci ildən diplomatik xidmətdədir. 2005-ci ildən AFR-də səfir idi.

Pərviz Şahbazov Azərbaycan prezidentinin idari işlər müdiri Oqtay Şahbazovun oğludur.

Energetika naziri yeri Natiq Əliyevin 2017-ci il iyunun 9-da vəfatından sonra boş qalmışdı. -05D06-