RETURN
Raket və artilleriya birləşmələrinin döyüş təlimləri olub

Raket və artilleriya birləşmələrinin döyüş təlimləri olub
Siyasət


2017 Oktyab 12 ( Cümə axşamı ) 18:05:26
Çap versiyası
English  Русский 

Bakı/12.10.17/Turan: 2017-ci il üçün hazırlıq planına uyğun olaraq, Silahlı Qüvvələrin Raket və Artilleriya birləşmələrinin döyüş vərdişlərinin təkmilləşdirilməsi məqsədilə təlimlər keçirilib. Xəbəri Müdafiə Nazirliyi yayıb.

Döyüş şəraitinə uyğun təlimlərdə artilleriya bölmələrinin marşı icra etməsi, cəmləşmə rayonlarına çıxarılması, gizliliyə riayət etməklə atəş və start mövqelərinin tutulması, döyüşün gedişində yerdəyişmə və s. tapşırıqlar icra edilib.

Təlimlərdə praktiki döyüş atışlarının dəqiqliyi və intensivliyini təmin etmək məqsədilə müasir avtomatlaşdırılmış idarəetmə sistemlərindən və atəşin korrektə edilməsi üçün pilotsuz uçuş aparatlarından istifadə edilib. -05D-