RETURN

Laura Kuper: “ABŞ-ın yeni yanaşmalarını Azərbaycan rəsmiləri ilə müzakirə etdik”
Siyasət


2017 Oktyab 12 ( Cümə axşamı ) 18:00:17
Çap versiyası
English  Русский 

Bakı/12.10.17/Turan: "Müzakirələrimiz ABŞ-ın Əfqanıstan və Cənubi Asiyada tətbiq etdiyi sülhməramlıların yerləşdirilməsinə dair yeni yanaşma ilə bağlı olub. ABŞ-ın yeni yanaşmalarını Azərbaycan rəsmiləri ilə müzakirə etdik". Bu barədə oktyabrın 12-də Azərbaycanda səfərdə olan ABŞ müdafiə nazirinin köməkçisinin müavini Laura Kuper jurnalistlərə bildirib.

L.Kuper Azərbaycan Müdafiə Nazirliyi, Xarici İşlər Nazirliyi, Sərhəd Qoşunları və Prezident Administrasiyasında görüşlər keçirib.

"ABŞ-ın Azərbaycanla əlaqələrinin möhkəmləndirilməsi yollarını müzakirə etmək üçün Azərbaycanda səfərdəyəm", deyə o qeyd edib.

O bildirib ki, ABŞ Azərbaycanı qlobal terrorizmlə mübarizədə vacib tərəfdaşı hesab edir.

"Azərbaycanın Əfqanıstandakı əməliyyatlarda iştirakını yüksək qiymətləndiririk. 94 azərbaycanlı əsgər Əfqanıstanda fəaliyyət göstərir, sabitlik və təhlükəsizliyin təminatına töhfə verir". -03C-