RETURN

Təyyarə qəzasında həlak olan azərbaycanlı Vətəndə dəfn olunacaq
Cəmiyyət


2018 Fevral 12 ( Bazar ertəsi ) 18:10:19
Çap versiyası
English  Русский 

Bakı/12.02.18/Turan: Moskva-Orsk reysilə uçan təyyarənin qəzaya uğraması nəticəsində Azərbaycan vətəndaşı Namiq Qəhrəmanovun həlak olması ilə bağlı Azərbaycanın Moskvadakı səfirliyi RF müvafiq qurumları ilə sıx əlaqələr qurur.

Səfirlikdən Turan-a verilən məlumata görə, mərhumun ailə üzvləri onun cəsədinin tanınması üçün Moskvaya gediblər.

N.Qəhrəmanov əslən Yevlax rayonundandır. Doğmaları onun öz yurdunda dəfn edilməsini istəyirlər.

Uzun illərdir ki, N.Qəhrəmanovun Orskda biznesi vardı.-06D-