RETURN
Ölkəboyu tibbi müayinə başlayıb

Ölkəboyu tibbi müayinə başlayıb

Ölkəboyu tibbi müayinə başlayıb
Cəmiyyət


2018 Fevral 12 ( Bazar ertəsi ) 18:28:27
Çap versiyası
English  Русский 

Bakı/12.02.18/Turan: Bu gün, fevralın 12-si Azərbaycanda əhalinin tibbi müayinəsinə start verilib.

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, mayın 12-dək nazirliyin tabeliyində olan tibb müəssisələrində əhalinin tibbi müayinələri keçiriləcək.

Nazirlik bildirir ki, tibbi müayinələr artıq 4-cü ildir ki, keçirilir. Profilaktik tibbi müayinələrin patoloji halların, müxtəlif xəstəliklərin risk faktorlarının erkən aşkarlanması məqsədi daşıdığı deyilir.

"Xəstəliklər aşkar olunduğu halda pasiyentlər yerlərdə, zərurət yarandığı halda isə Bakı şəhərində və bölgələrdə fəaliyyət göstərən ixtisaslaşdırılmış tibb müəssisələrində əlavə müayinə və müalicəyə cəlb olunacaqlar", nazirlik qeyd edir.

Nazirlik 2017-ci ildə aparılmış müayinələrin nəticələri haqda da bilgi verib.

Həmin bilgidə deyilir ki, müayinə edilmiş şəxslərdən 2 milyon 41 min 388 nəfəri əlavə müayinələrə cəlb edilib. 68 min 427 nəfər dispanser nəzarətinə alınıb, 27min 59 nəfər isə hospitalizasiya edilib.

Nazirlik əhalini yaşayış ərazisi üzrə tibb müəssisəsinə vaxtında müraciət edib, profilaktik tibbi müayinədən keçməyə dəvət edib.