RETURN
İlqar Məmmədovdan seçki mesajı

İlqar Məmmədovdan seçki mesajı

İlqar Məmmədovdan seçki mesajı
Cəmiyyət


2018 Fevral 12 ( Bazar ertəsi ) 18:39:18
Çap versiyası
English  Русский 

Bakı/12.02.18/Turan: REAL Hərəkatının həbsdə olan sədri İlqar Məmmədovun növbədənkənar prezident seçkilərinin təyin edilməsi ilə bağlı münasibəti açıqlanıb.

Bu haqda REAL hərəkatının rəsmiləri məlumat yayıblar.

REAL-ın lideri hesab edir ki, prezident seçkilərinin önə çəkilməsi Avropa Şurası-Azərbaycan münasibətlərinin məzmunu ilə əlaqəlidir.

"Prezident seçkilərinin tezləşdirilməsi Azərbaycana qarşı Avropa Məhkəməsində Avropa Konvensiyasının 46.4 maddəsi ilə qaldırılan işə birbaşa cavabdır", İlqar Məmmədovun mesajında vurgulanır.

REAL lideri ifadə edib ki, seçkilərin daha tez keçirilməsinin arxasında Azərbaycanın Avropa Şurasından kənralaşması niyyəti dayanır.

İlham Əliyevin məqsədi seçkiləri tezliklə saxta keçirib, ardı ilə Azərbaycanın Avropa Şurasından çıxartdırılmasıdır", Binədəki 2 Saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən REAL sədri yazıb.--0--