RETURN
Robert Cekuta Kürdəmirdə Foto:ABŞ səfirliyinindir

Robert Cekuta Kürdəmirdə Foto:ABŞ səfirliyinindir

Robert Cekuta: ABŞ məcburi köçkünlərə 125 milyon yardım edib
Cəmiyyət


2018 Fevral 13 ( Çərşənbə axşamı ) 16:45:15
Çap versiyası
English  Русский 

Bakı/13.02.18/Turan: Bu gün, fevralın 13-ü Kürdəmir və Füzuli rayonlarından 40 məcburi köçkün gənc üçün Kürdəmir Karyera Gününün açılışı olub.

ABŞ-ın Azərbaycandakı Səfirliyinin məlumatına görə, açılışı ABŞ-ın Azərbaycandakı səfiri Robert Cekuta və Kürdəmir rayonu icra hakimiyyətinin başçısı Ceyhun Cəfərov edib.

Açılışda, həmçinin Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin nümayəndələri də iştirak edib.

Səfir R.Cekutanın Karyera Gününün gənc iştirakçıları ilə bir araya gələrək onların arzularını öyrəndiyi bildirilir.

O, ABŞ səfirliyinin azərbaycanlılara yeni imkanlar və güclü karyeralar qurmaqda göstərdiyi səylərinin bir hissəsi kimi ABŞ-ın Azərbaycandakı məcburi köçkünlərə olan uzunmüddətli öhdəliyini vurğulayıb.

"1991-ci ildən ABŞ Azərbaycana 1,3 milyard dollardan çox yardım göstərib, bunun 125 milyon dolları məcburi köçkünlərə ayırılıb", səfir qeyd edib.

ABŞ Səfirliyinin əməkdaşları və Kürdəmir Amerika Guşəsi tədbirdə səfirliyin "Maker Space"-inə aid 3D printerlər və robotlar kimi ən son texnoloji alətlər təqdim edib. Həmçinin, tələbələr üçün karyera inkişafı resursları, ABŞ-da mübadilə və təhsil imkanları mövzusunda təqdimatlar keçirilib.

Amerika Guşəsi proqramına Azərbaycan Dillər Universitetində yerləşən Bakı Amerika Mərkəzi, Gəncə, Kürdəmir, Salyan və Xaçmaz şəhərlərində yerləşən regional Amerika Guşələri də daxildir.-0--