RETURN
Азад Рагимов

Азад Рагимов

Azərbaycan “Formula-1” yarışları zamanı reklamdan gəlir əldə etmir
Cəmiyyət


2018 Fevral 13 ( Çərşənbə axşamı ) 17:05:03
Çap versiyası
English  Русский 

Bakı/13.02.18/Turan: Azərbaycan "Formula-1" yarışlarının keçirilməsinə ümumi dəyərin 80%-ni qoyur. Bu barədə Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov TASS-a bildirib, ancaq yarışların məbləğini açıqlamayıb.

Azərbaycan ancaq bilet satışından gəlir götürür. "Bizim özümüzün reklam yeri olmayınca, sponsorları cəlb edə bilmərik. Bütün reklam "Formula-1"ə məxsusdur", nazir bildirib. 2018-cildə Azərbaycanda Qran-pri aprelin 27-dən 29-dək keçiriləcək.

Bu gün dövlət başçısı İlham Əliyev Formula-1 Qrupunun baş icraçı direktoru Çeyz Kerini qəbul edib. Rəsmi məlumatda danışıqların təfərrüatı açıqlanmır.

Ancaq A.Rəhimovun bəyanatından görünür ki, Azərbaycan indiki şərtlərdən razı deyil. Bəzi şərtlər üzrə hökumət bilet satışının hesabına yarışların təşkili xərclərini ödəyə bilmir.

2016-cı ildə A.Rəhimov demişdi ki, yarışların keçirilməsi üçün xərclər 100 mln. manatı (66 mln. dollar) ötməyəcək.

Lakin qeyri-rəsmi məlumatlara görə, yarışların keçirilməsinə Azərbaycanın investisiyası 300 mln. dollar təşkil edib.

Bundan sonra təşkilatçılar beş il ərzində hər il yarışların keçirilməsinə xeyli vəsait sərf etməlidir. Yarışlardan imtina olunarsa Azərbaycan 100 mln. dollar cərimə ödəməlidir, A.Rəhimov müsahibələrinin birində bildirib.

Bilet satışına gəlincə, A.Rəhimov etiraf edib ki, 2016-cı ildə bilet satışından 1, 32 mln. dollar gəlir əldə edilib.

Bütün bunların fonunda Azərbaycan hakimiyyəti bu cür bahalı tədbirləri niyə keçirdiyinin səbəblərini açıqlaya bilmir.-02D-