RETURN
Hakimiyyət keçmiş Sovetski küçəsində yeni söküntüyə hazırlaşır

Hakimiyyət keçmiş Sovetski küçəsində yeni söküntüyə hazırlaşır
Cəmiyyət


2018 Fevral 13 ( Çərşənbə axşamı ) 17:38:17
Çap versiyası
English  Русский 

Bakı/13.02.18/Turan: 2018-ci ildə keçmiş Sovetski küçəsində 2010 yaşayış və qeyri-yaşayış binası söküləcək. Bunu bu gün Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov bildirib.

Onun sözlərinə görə, yaxın vaxtlarda Nazirlər Kabineti vətəndaşların köçürülməsinə və kompensasiyaların verilməsinə başlanması barədə qərar qəbul edəcək. İndiyədək sözügedən zonada 4300 yaşayış və digər obyekt sökülüb.

Ə.Əzizovun sözlərinə görə, dövlət başçısı Nəriman Nərimanov prospekti və İsmayıl Qutqaşınlı küçəsinin arasında yerləşən evlərə görə kompensasiya ödənilməsi barədə göstəriş verib.

Deyilənlərdən belə çıxır ki, söküntü məhz həmin ərazidə aparılacaq.-02D-