RETURN
Media-icmal 14.02.18

Media-icmal 14.02.18
Cəmiyyət


2018 Fevral 14 ( Çərşənbə ) 11:12:08
Çap versiyası
English  Русский 

Ölkə iqtisadiyyatının inkişafına dair beynəlxalq dəyərləndirmə, kapital aministiyası, pensiyaların artımına baxış bugünki (14 fevral, 2018-ci il) medianın aparıcı mövzularındandır...

Yerli iqtisadiyyatı beynəlxalq dəyərləndirmə

"Azərbaycan" qəzeti "Moody"s-in hesabatında Azərbaycandakı iqtisadi proseslərin müsbət qiymətləndirilməsi önəmli amildir" sərlövəhli məqalədə ölkə iqtisadiyyatının perspektivini dəyərləndirir.

Müəllif bu pespektivlə bağlı "Moodyus" beynəlxalq reytinq Agentliyinin açıqlamalarını ekspert Vüqar Bayramovla müzakirəyə çıxarır.

"Moody"s" beynəlxalq reytinq agentliyinin hesabatında Azərbaycanda gedən iqtisadi proseslərin müsbət qiymətləndirilməsi önəmli amildir. "Moody"s" ekspertlərinin gəldikləri qənaət bundan ibarətdir ki, Azərbaycanda iqtisadi şaxələndirmə ilə bağlı aparılan islahatlar ortamüddətli və uzunmüddətli dövrdə dayanıqlı iqtisadiyyatın güclənməsinə və genişlənməsinə xidmət edəcək". Ekspert Agentliyin açıqlamasına belə münasibət ifadə edir.

V.Bayramov vurğulayır ki, burada dəyərləndirmələr ayrı-ayrı sektorlar üzrə gedir, Azərbaycanda turizm, beynəlxalq yük daşımaları ayrıca xarakterizə edilir və bu sahələrdən əldə edilən vəsaitlərdə artım proqnozlaşdırılır: "Agentlik Azərbaycan iqtisadiyyatının şaxələndirilməsində hökumətin apardığı islahatları və təşviqedici siyasəti müsbət dəyərləndirib. Hesabatda dəyərləndirildiyi kimi, təşviqedici siyasət və fiskal konsolidasiya ilə yanaşı, islahatlara maliyyə dəstəyi Azərbaycan iqtisadiyyatının dayanıqlılığını artıran amildir".

V.Bayramov deyir ki, hesabatda Azərbaycan hökumətinin qeyri-neft sektorunun müxtəlif sahələrinin inkişafını sürətləndirdiyi qeyd olunur.

Ekspert vurğulayır ki, hesabatda 2016-cı ilin dekabrında Prezident İlham Əliyevin imzaladığı "Strateji Yol xəritələri"ndə qeyd edilən sahələr arasında daha çox turizm, nəqliyyat və logistikanın inkişaf etdiyi əksini tapır.

V.Bayramov turizm infrastrukturunun inkişafının növbəti illərdə Azərbaycana əlavə turist axınına səbəb olacağını bildirir.

Ekspert deyir ki, Azərbaycan Çini və Mərkəzi Asiyanı Avropa (Şərq-Qərb dəhlizi), Rusiyanı İran və Cənubi Asiya (Şimal-Cənub dəhlizi) ilə birləşdirən əsas nəqliyyat və logistika mərkəzinə çevrilmək niyyətindədir, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı artıq Xəzər dənizinin ən böyük limanı hesab edilir.

V.Bayramov bildirir ki, sənəddə Azərbaycan hökumətinin şaxələndirmə planlarının fiskal xərclər hesabına başa gələcəyi deyilir.

Ekspert Agentliyin qiymətləndirməsində təkcə nəqliyyat və logistika mərkəzinin qurulması üçün infrastruktur üzrə investisiya xərclərinin 2017-ci ildə ümumi daxili məhsulun 5 faizinə bərabər olduğunu bildirir.

Kapital qayıdışı amnistiyadan keçir

"Exo" qəzetində isə "Azərbaycanda qazanılan pullar, hətta təmiz yolla qazanılmayıbsa belə, başqa ölkələrə axa bilməz" sərlövhəli məqalə oxumaq olar.

Müəllif Azərbaycan vətəndaşları olan şəxslərin xarici ölkələrdə olan kapitallarının ölkəyə qaytarılmasını deputat Vahid Əhmədovla və ekspert Əkrəm Həsənovla müzakirə edir.

"Kapitalın Azərbaycana qaytarılması məsələsi var. "Kapitalın amnistiyası"

və ya "Könüllü Bəyannamə haqqında" qanunlar bu resursları ölkə iqtisadiyyatına qaytara bilər. Bu məsələ parlamentdə müntəzəm olaraq cari məsələlərin müzakirələrində qaldırılır. Gec və ya tez bu sənəd qəbul ediləcək. Hazırda keçmiş ittifaqın bir çox ölkələrində, o cümlədən Azərbaycanda bu məsələ nəzərdən keçirilir. Kapitalın amnistiyası cinayət məsuliyyətindən azad olunmanı nəzərdə tutur. Xaricdəki aktiv və hesabları barədə bəyannamə verən iş adamları vergi pozuntlarına görə cəza almayacaqlar. Azərbaycanda qazanılmış pullar, hətta təmiz qazanılmayıbsa da belə, başqa ölkələrə axa bilməz". Bunu qəzetə deputat V.Əhmədov bildirir.

Deputat deyir ki, bu kapitallar Azərbaycan iqtisadiyyatına da yatırıla bilər və odur ki, bu pulların ölkəyə qaytarılması məsələsi həllini tapmalıdır.

V.Əhmədov bu məsələnin müstəsna dərəcədə könüllü şəkildə aparılmasının zəruriliyini vurğulayır, bəzi ölkələrdə Azərbaycan əsilli biznesmenlərə də sanksiyalar tətbiq edildiyi üçün bu məsələ ilə daha ciddi məşğul olmağın lazm gəldiyini deyir.

Deputat hesab edir ki, müvafiq qanun qəbul edilsə, kapital ölkəyə qayıda bilər və bu sənəd gec, ya tez qəbul ediləcək.

Ekspert Ə.Həsənov da bu aktiv və kapitalın ölkəyə qaytarılmasına şərait yaratmağı vacib sayır və hesab edir ki, bununla bağlı hökumət Azərbaycan biznesmenlərinə müraciət etməlidir.

"Əlbəttə, amnistiya olmadan bunu etmək mümkün deyil. Bununla bağı qanun qəbul edilməli və mənşəyi məlum olmayan vəsaitlərin sahiblərinin könüllü bəyannamə verdiklərinə görə cinayət təqibinə məruz qalmayacaqları qanunda əksini tapmalıdır".

Ekspert hesab edir ki, kapital sahiblərinin vergi orqanlarına xarici ölkələrdə bəyan olunmayan gəlirlərə və şirkətlərə sahib olmaları barədə məlumat vermələri yetərlidir.

Ə.Həsənov deyir ki, amnisyiya yolu ilə xaricdəki aktivləri leqallaşdırmaq olar və bu, bir çox ölkələrdə uğurla tətbiq edilib.

Ekspertə görə, aktivlər və hesablar bəyannaməsindən əlavə, xərclərin də bəyannaməsi lazımdır və bu, xüsusilə "ağ maaş"a yaşamayan bir çox məmurlara aiddir.

Pensiyaçıların hesabına qənaət qərarı

"Novoye Vremya" qəzetində isə "Hesabladılar-izlədilər: pensiyaçıların hesabına qənaət etməyi qərara aldılar" sərlövhəli məqalə diqqət cəlb edir.

Müəllif bu yaxınlarda pensiyaların artırılması ilə bağlı məsələni gündəmə gətirərək müzakirəyə çıxarır və buna öz mövqeyini ifadə edir.

Yazı müəllifi deyir ki, Əmək və Soial Müdafiə Nazirliyi Dövlət Statistika Komitəsinə istinadən 2017-ci ildə maşaların 5,7% artmasını əsas tutaraq pensiayların sığorta hissəsini da 2018-ci ildə həmin faizə uyğun artırıb.

Müəllif isə 2017-ci ildə pensiyaların inflyasiyanın illik səviyyəsinə görə indeksasiyası prinsipindən imtina edilməsinin anlaşılmaz olduğunu vurğulayır və artıq 10 ildir ki, ölkədə pensiya islahatı getməsinə baxmayaraq, bunu Avropa ölkələrilə müqayisə belə etməyin mümkünsüzlüyünü bildirir.

"Xatırladaq ki, keçən il illik inflyasiya 12,9% səviyyəsində olub, ərzaq məhsulları 16,4% bahalaşıb və belə bir vəziyyətdə indeksasiya prinsipi bir kənara qoyularaq, əmək haqlarının artımı faizi ilə hesablayıblar. 2010-15-ci illərə nəzər salsanız görərsiniz ki, artımlar illik inflyasiyanın səviyyəsilə müqayisədə artırılıb", deyə müəllif artımın bu üslunu doğru saymır.

Yazı müəllifi deyir ki, keçən il orta aylıq maaş 5,7% artsa da inflyasiya bundan iki dəfə yüksək olub, bu isə o deməkdir ki, hətta işləyən əhalinin də maddi durumu pisləşib, amma, bununla belə, işləyənlərlə müqayisədə pensiyaçıların durumu daha da ağır olub: "Ölkə pensiyaçılarının çoxu daha yoxsul hala gələcək, yeri gəlmişkən, ölkədə minimum əmək haqqı yaşayış minimumuna belə bərabər deyil. Bu il yaşayış minimumu 173 manat, pensiyaçılar üçün 144 manat müəyən edilib, minimum pensiya isə 116 manatdır".

Müəllif deyir ki, bu vəsaitlə pensiyaçıların ancaq mövcudluğu mümkün olar, yaşamaları yox.

Müəllif vurğulayr ki, baxmayaraq, hökumət iqtisadiyyat sahəsində rifahdan, islahatların icrasında uğurlardan danışır, əslində isə heç də elə deyil: "İlbəil qiymətlərin artması kimi heç də sadə olmayan bir dövrdə məhz pensiyaçıların hesabına qənaət etmək qərarı verilib. Bu isə ilk növbədə Azərbaycan dövlətinin sosial dövlət mövqeyinə pis zərbədir", deyə müəllif bildirir.

Yazı müəllifi deyir ki, istənilən islahat əhalinin aztəminatlı hissəsinin və bunun böyük tərkib hissəsi olan pensiyaçıların durumunu pisləşdirməməli, əksinə, daha da yaxşılaşdırmalıdır, bizdə isə bunun tam əksidir.