RETURN
Saxta pul kəsən şəxslər saxlanılıb

Saxta pul kəsən şəxslər saxlanılıb
Cəmiyyət


2018 Fevral 14 ( Çərşənbə ) 13:53:11
Çap versiyası
English  Русский 

Bakı/14.02.18/Turan: DİN-in Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları saxta pul kəsən şəxsləri saxlayıb. DİN-in mətbuat xidmətinin məlumatına görə, Bakı sakini, əvvəllər məhkum olunmuş Orxan Məmmədov tanışı Nicat Orucovla birlikdə 11700 manat saxta əskinası 2900 manata satarkən cinayət üstündə yaxalanıb.

Onun mənzilində axtarış zamanı 4900 saxta manat, habelə pul hazırlamaq üçün avadanlıq aşkar edilib.

Saxlanılan şəxslər saxta əskinasların satışı və onlardan Bakının ticarət mərkəzlərində və rayonlarda istifadə planları haqqında etirafedici ifadələr veriblər. Faktla bağlı cinayət işi açılıb. -16D-