RETURN
PA-sı: Tikinti şirkətlərindən şikayətlər artır

PA-sı: Tikinti şirkətlərindən şikayətlər artır
Cəmiyyət


2018 Fevral 14 ( Çərşənbə ) 14:40:17
Çap versiyası
English  Русский 

Bakı/14.02.18/Turan: "2016-cı illə müqayisədə müraciətlərin sayı Beyləqan, Cəbrayıl, Kəlbəcər, Laçın, Saatlı, Sabirabad, Şamaxı və digər rayonlarda artmışdır".

Bu barədə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılov "AZƏRTAC"-da dərc edilən məqaləsində bildirir.

Şöbə müdiri hər bir rayon və şəhərdən əhalinin 1000 nəfərinə düşən müraciətlərin sayı baxımından Bakı şəhərinin rayonlarından, habelə Yevlax, Ağcabədi, Ağdaş, Ağstafa, Astara, Balakən, Beyləqan, Bərdə, Cəbrayıl, Göyçay, Göygöl, İmişli, Kəlbəcər, Quba, Neftçala, Saatlı, Salyan, Samux, Şəmkir, Tovuz, Yardımlı, digər şəhər və rayonlardan daxil olan müarciətlərin sayı yüksək olub.

"Elə şəhər və rayon icra hakimiyyətləri var ki, vətəndaşlar öz problemləri barədə onlardan çox yuxarı dövlət orqanlarına, o cümlədən Prezident Administrasiyasına yazmağa üstünlük verirlər", S.İsmayılov məqaləsində bildirir.

Müraciətlərin növlərinə gəlincə, şöb müdiri deyir ki, il ərzində daxil olmuş müraciətlərin 66,5 faizi ərizə, 33,2 faizi şikayət, 0,3 faizi təklifdir.

Məhkəmə orqanlarından da müraciətlər artıb, bu da məhkəmə orqanlarının bəzi dövlət qurumları tərəfindən heç də həmişə vaxtında icrası olunmaması ilə bağlıdır.

S.İsmayılov deyir ki, icra məmurlarının qanuni tələblərini yerinə yetirməyən və icradan yayınan 4 min nəfər inzibati məsuliyyətə cəlb olunub, o cümlədən 2700 nəfər məhkəmələr tərəfindən inzibati qaydada həbs edilib, 337 nəfər barəsində cinayət işi başlanıb. Məhkəmə qərarlarının icra olunmaması ilə bağlı daha 586 cinayət işinin istintaqı tamamlanıb."

Şöbə müdiri əksər mövzularda müraciətlərin sayı azalsa da, şəhərsalma və çoxmərtəbəli binaların tikintisi, söküntüsü, kompensasiyaların verilməsi barədə müraciətlərdə 28,8 faiz artım olduğunu vurğulayır: "Müraciətlərdə ən çox aşağıdakı tikinti şirkətlərinin fəaliyyətindən narazılıq ifadə olunub və bunlardan "Evrostroy-SS", "FVS İnşaat", "Murad M.S.", "İdeal-İ İnşaat", "Hermes-S", "Brend Palace", "Meqa City Holdinq", "Abşeron LTD 2013", "İnam-İnşaat-555", "Xudafərin", "Əzizbəy-KM", "Baku Pearl Residence", "Caspian Park", "Fuad LTD", "İron İnşaat", "Mahal", "Elite City", "Avro Qrand", "İnşaat Konstruksiyaları", "Birlik-İnşaat", "Hasil", "AENT-E", "MVV Verus Praedium", "Yüksəliş C", "Rifah-Plaza" MMC-lər və "Kristal Abşeron", "İlin Dörd Fəsli", "Badu-Kubə", "Yeni Yasamal", "Şərur", "Dağlar", "İnteks", "Çənlibel", "Ayla", "Mars", "Fateh-N" MTK və başqalarının adını çəkmək olar".

Şöbə müdiri bildirir ki, bir sıra müraciətlərdə artıq tikintini başa çatmış amma yaşayış üçün normal şərait yaratmamış "AAAF Park", "Bağçalı evlər" yaşayış komplekslərində problemlərin illərdən bəri həll olunmadığını yazırlar.