RETURN
Yollarda həlak olanların sayı artıb

Yollarda həlak olanların sayı artıb
Cəmiyyət


2018 Fevral 14 ( Çərşənbə ) 15:43:49
Çap versiyası

Bakı/14.02.18/Turan: 2017-ci ildə ölkənin avtomobil yollarında 1833 və ya 2016-cı illə müqayisədə 8,6 faiz az yol-nəqliyyat hadisəsi baş verib. Bu hadisələr nəticəsində zərər çəkən şəxslərin sayı 10,6 faiz azalaraq 2469 nəfər olub. Bu barədə Dövlət Statistika Komitəsinin fevralın 14-də yaydığı məlumatında deyilir.

Onlardan 750-i həlak olub, 1719-u isə yaralanıb. Hadisələrin 43,5 faizi gündüz, 38,0 faizi gecə, 18,5 faizi isə toran vaxtı baş vermiş, 29,0 faizi həftənin şənbə və bazar günlərinə təsadüf edib.

Məlumata görə, yol-nəqliyyat hadisələrinin 87,7 faizi yaşayış məntəqələrində baş verib, bu hadisələr nəticəsində həlak olanların sayı 2016-cı ilə nisbətən 4,2 faiz artaraq 518 nəfər, yaralananların sayı isə 14,1 faiz azalaraq 1613 nəfər olub.-05d-