RETURN
Nemət Pənahlı

Nemət Pənahlı

Nemət Pənahlının cərimə ödəməməsi ilə bağlı məhkəmə başqa vaxta keçirilib
Cəmiyyət


2018 Fevral 14 ( Çərşənbə ) 17:26:54
Çap versiyası
English  Русский 

Bakı/14.02.18/Turan: Milli Dövlətçilik Partiyasının sədri Nemət Pənahlının yol hərəkəti qaydalarını pozmasına görə cərimələri ödəməməsi ilə bağlı məhkəmə iclası qeyri-müəyyən vaxta təxirə salınıb. Bu qərarı fevralın 14-də Nəsimi Rayon Məhkəməsi çıxarıb.

Qısa məhkəmə iclası N.Pənahlının iştirakı olmadan keçirilib. N.Pənahlı məhkəməyə çağırılıb, amma iclas zalına buraxılmayıb.

N.Pənahlı cərimələri ödəməkdən imtina edir. O bildirir ki, cərimələr barədə bildiriş çox sonra gəlib və qayda pozuntularının elektron qeydiyyatı sisteminə vaxtında daxil edilməyib.

"Bu məhkəmə işi siyasi məqsəd daşıyır və mənim vətəndaş fəallığımın məhdudlaşdırılmasına yönəlib", - N.Pənahlı Turan-a bildirib.0-