RETURN
Azərbaycan Respublikasının PrezidentiMöhtərəm İlham Əliyev Cənablarına

Azərbaycan Respublikasının PrezidentiMöhtərəm İlham Əliyev Cənablarına
Deməyə sözüm var...


2018 Fevral 13 ( Çərşənbə axşamı ) 15:32:44
Çap versiyası
English  Русский 

Hörmətli cənab Prezident!

Sizə 1 həftə öncə müraciət etmişəm, məktubun sizə çatıb- çatmadığına əmin olmadığımızdan mətbuat vasitəsi ilə də müraciət edirəm.

Məhkəmənin hökmü ilə 15 il azadlıqdan məhrum edilən, hazırda 13 saylı CÇM-də saxlanılan qardaşım Cahangir Hacıyev davamlı olaraq qeyri-insani rəftara məruz qalır.

Ötən ilin sentyabrından başlayaraq ailə üzvləri və mənim onunla görüşünə icazə verilmir, hətta vəkilləri də onunla görüşməkdən məhrum edilib, vəkillər işdən kənarlaşdırılır və cəzalandırılır.

Sağlamlıq vəziyyəti çox pisdir, Hoşimoto sindromu, hipertoniya xəstəliklərindən əziyyət çəkir, müalicə olmaq imkanlarından məhrum edildiyindən sonra xəstəlikləri kəskinləşir.

C.Hacıyevin külli miqdarda vəsaitin mənimsəməsi ittihamları məhkəmədə öz təsdiqini tapmadı. Lakin buna baxmayaraq mətbuatda onun haqqında ittiham edici materiallar dərc edilməkdədir, onun isə bu ittihamlara cavab vermək hüquqları əlindən alınıb, ötən ilin sentyabır ayında mətbuatda əsassız, təhqiramiz yazıya cavab verdikdən sonra o, bəhanə ilə karsa salınmış, bundan sonra ona qarşı təzyiqlər daha da kəskinləşmişdir.

Cahangir Hacıyev Dövlətimizə, Sizə sadiq şəxs olmuşdur.Sizin rəhbərliyinizlə ölkəmizin bank sektorunun inkişafında quruculuq işlərində onun zəhməti az olmamışdır.

Ədalətli mövqeyinizə əminliklə Sizə müraciət edərək qardaşım Cahangir Hacıyevə qarşı davam edən belə qeyri-insani rəftarın qarşısının alınmasında bizə kömək göstərilməsini Sizdən xahiş edirik.

Hörmətlə, Əminə Hacıyeva