RETURN
Sumqait.1988

Sumqait.1988

27-29 fevral 1988-ci il Sumqayıt hadisələri: 30 il sonra təhlil cəhdləri
Analitika


2018 Fevral 13 ( Çərşənbə axşamı ) 11:38:04
Çap versiyası
English  Русский 
Turan Analitika Xidməti

Bu il Ermənistan-Azərbaycan münaqişəsinin qızışdırılmasında mühüm rol oynamış 1988-ci il 27-29 fevral Sumqayıt hadisələrinin 30 illiyi tamam olur. Faciənin əsl səbəbləri xüsusunda indiyədək aydınlıq yoxdur. Yalnız müxtəlif, adətən bir-birinə zidd və hadisələrin mümkün ssenariləri (Ss) adlandırıla bilən fərziyyələr var. Onları qruplaşdırmağa çalışaq:

Ss.1:Sumqayıthadisələri 1915-ciildə Osmanlı imperiyasındabaş vermiş soyqırımınsanki davamıdır. Azərbaycanlılarermənilərə qarşı olanqəddarlığı və nifrətinə görətürklərdənheç nə iləfərqlənmirlər, əslində heç birfərqolada bilməz, çünkiazərbaycanlılartürkdürlər. SumqayıtermənilərinAzərbaycandantəhdidvə terroryoluilə birdəfəlikköçürülməsiplanıdır.

Ermənilərin siyahılarının tutulması, müəssisələrdə soyuq silah (söhbət ilk növbədə, armatur çubuqlardan gedir) hazırlanması, talan günlərində şəhər rabitə qovşağı işçiləri tərəfindən telefonların kəsilməsi, bütövlükdə bir sıra məhəllə və mikrorayonlara elektrik enerjisinin verilməməsi "istintaqa mane olmaqda davam edən" "uydurmalar" deyil, hadisələrdə üzdə olan faktlardır və onların nəzərə alınmaması istintaqı hakimiyyət tərəfindən nəzərdə tutulmuş dalana aparır.

Bunların izahını tarixdə, bəzi ideoloji və psixoloji həqiqətlərdə axtarmaq lazımdır. 1918-ci ildə Bakı şəhərində və 1920-ci ildə Şuşada törədilmiş erməni qırğını, yerli erməni əhalisinin Naxçıvan MSSR-dən müntəzəm surətdə sıxışdırılıb çıxarılması, milli zəmində tez-tez baş verən cinayətlər, bütün Azərbaycan Respublikası üzrə erməni əhalisinə qarşı daim və açıq-aşkar ayrı-seçkiliyin salınması, ermənilərin tarixi və memarlıq abidələrinin təhqir edilməsi, uşaqlıqdan ermənilərə düşmənçiliyin təlqin edilməsi.

Ss.2:Ermənilərə Dağlıq Qarabağı Azərbaycandan qoparmaq üçün tutarlı bir bəhanə lazım idi, buna görə də İrəvandakı mərkəzin tapşırığı ilə müəyyən şəxslər tərəfindən Sumqayıtda talan və qətllər hazırlanıb həyata keçirildi və onları müstəsna olaraq yalnız azərbaycanlıların üstünə atdılar.

Sumqayıt hadisələri üzrə təqsirkar qismində saxlanılan ermənilər azad edilib. İş üzrə əsas fiqur, iğtişaş iştirakçılarını zorakılığa sövq edən Eduard Qriqoryan altı ermənini şəxsən özü öldürüb və bir neçə erməni qadını zorlayıb. Üç dəfə məhkum olunmuş Qriqoryan, ümumilikdə, 10 ildən artıq bir müddəti azadlıqdan məhrumetmə yerlərində keçirib. Sumqayıt hadisələri üzrə hökm çıxarıldıqdan bir müddət sonra E.Qriqoryan yatabla (etapla) Ermənistana aparılıb və orada onu azadlığa buraxıblar. Bundan sonra Rusiyaya köçüb.

Bu gün Ermənistan tərəfi vəziyyəti belə qələmə verməyə çalışır ki, E. Qriqoryanın anası və elə onun özü də azərbaycanlı idi. Lakin cinayət işində onun pasportu və hərbi biletinin surəti var və orada "milliyyəti" qrafasında göstərilir ki, o, ermənidir. Biz bu gün də E. Qriqoryanı cinayət məsuliyyətinə cəlb etmək məqsədilə onun axtarışlarını davam etdiririk. Müəyyənləşdirmək mümkün olub ki, o, Moskvanın bir rayonunda yaşayırdı, lakin sonra onun izləri itdi". Bunları baş prokurorun müavini R.Usubov bildirib. O vurğulayıb ki, yüzdən çox erməni iğtişaşlar ərəfəsində bank hesablarından böyük məbləğdə pul çıxarıb və Sumqayıt şəhərindən çıxıblar. Söhbət imkanlı ailələrdən gedir.

İlk dəfə akademik Z.Bünyadovun "Niyə Sumqayıt?" məqaləsində irəli sürülmüş versiyaya görə, Sumqayıt qırğını "erməni millətçiləri tərəfindən" azərbaycanlıları nüfuzdan salmaq üçün təşkil olunub. Erməni qəsdçiləri guya əvvəlcədən talan aparılacaq yerlərdə gizli kameralar quraşdırıb və çəkilmış lent dərhal bütün dünya üzrə informasiya agentliklərinə yayılırdı. Z.Bünyadovun versiyası dağınıq və bir-biri bağlı olmayan faktlara əsaslanır. Onlardan biri budur: hadisələr ərəfəsində Sumqayıt erməniləri yerli əmanət bankından öz hesablarından təxminən 1 milyon rubl çıxarıblar. Digər bir fakt: qırğında erməni Eduard Qriqoryanın iştirak etməsi.

Daha bir versiyaya görə, iğtişaşlar zamanı E.Qriqoryan başqalarını azğınlıqlara təhrik edirdi, digər ehtimala görə isə E.Qriqoryanı fabrikdən olan azərbaycanlı fəhlə dostları talançılara qoşulmağa məcbur ediblər.

Keçmiş SSRİ Dövlət Təhlükəsizlik Komitəsi və Prokurorluğu təhqiq və istintaqın gedişində Sumqayıt hadisələrinin əsl təşkilatçılarının ermənilərin özlərinin olduğunu danılmaz və inandırıcı şəkildə sübut edən çoxsaylı faktlar aşkar ediblər. İstintaq materiallarında Sumqayıt hadisələrinin əsas təşkilatçısı olaraq 1959-cu il təvəllüdlü Eduard Robertoviç Qriqoryan göstərilib ki, bu da çoxsaylı şahid ifadələri və sübutlarla təsdiqlənib. İstintaq müəyyən edib ki, öldürülmüş 26 nəfərdən altısını şəxsən E. Р. Qriqoryan özü qətlə yetirib. Bundan əlavə, istintaqın gedişində Sumqayıt hadisələrinin təşkilatçıları arasında olan digər ermənilərin - Ohanyanın, Samoylovun və Pavlovskinin, həmçinin öncə sözügedən E. Р. Qriqoryanın qardaşlarının adları üzə çıxıb.

Zərdüşt Əlizadə yerli Alüminium zavodunun fəhlələrilə görüşüb. Onun sözlərinə görə, fəhlələr "kütləni qızışdırıb təhrik edən qəribə, qərib görkəmli cavan kişilər"dən danışırdılar. Aydınlaşdırmaq lazımdır: onlar həqiqətənmi olub, haraya gediblər, onlardan kimi isə mühakimə ediblərmi?

R.Usubov: "O vaxt Sumqayıta "DQMV-nin Ermənistan SSR-yə birləşməsi uğrunda Komitə"nin ("Krunk") fəal üzvü, erməni polkovniki Kələntərov gəlmişdi. Onda şəhərdə yaşayan ermənilərin siyahısı və ünvanları var idi. O, ixtişaşlar ərəfəsində Sumqayıtdan çıxıb gedib. "Krunk"a üzvlük haqqı ödəməyən ermənilərin ailələri zorakılığa məruz qalıb. İstintaq müəyyən edib ki, həlak olmuş ermənilərin əksəriyyəti məhz "Krunk" komitəsinə pul ödəməkdən imtina edənlər idi. İğtişaşları qızışdıran təxribatçıların sırasında öz aralarında erməni dilində danışan, eyni zamanda Azərbaycan dilini gözəl bilən, əyinlərində qara plaş olan adamlar var idi. Onlar kütlənin arasında təbliğat aparır, gənclərə spirtli içki və soyuq silah paylayırdılar".

Ss.3:Sumqayıtdakı hadisələr Ermənistandan qovulmuş, ermənilərin göstərdiyi görünməmiş və bir sıra hallarda qətllərə gətirib çıxarmış qəddarlığa məruz qalmış azərbaycanlıların hərəkətləri nəticəsində baş verib.Tomas de Vaal hələ 1987-ci ilin noyabrında və 1988-ci ilin yanvarında Bakıda Ermənistandan olan azərbaycanlı qaçqınları gördüklərini təsdiq edən iki nəfərin şahidliyini göstərir (qaçqınların 1987-cu ilin noyabrında Bakıya gəlib Azərbaycan Kommunist Partiyası MK-ya getdiyi barədə tamamilə dəqiq məlumatlar var). Eyni zamanda o yazır ki, 1988-ci ildə Ermənistan KP Qafan komitəsinin ikinci katibi olmuş Aramais Babayan ona deyib ki, "azərbaycanlıların fevral ayına qədər rayon ərazisini tərk etdiyinə aid heç bir hadisə xatırlaya bilmir".

Fuad Musayev, 1988-ci ilin fevralında Azərbaycan KP Bakı Şəhər Komitəsininin 1-ci katibi: "Fevralın ortalarından Ermənistandan Bakıya yüzlərlə qaçqın gəlməyə başladı. Onlar Abşeron yarımadasının əslən ermənistanlı olanların məskunlaşdığı qəsəbələrində yerləşdirilirdi. Səhərlər oraya avtobuslar göndərilirdi və qaçqınlar şəhərə yollanırdı, lakin onlar şikayət etmək üçün Nazirlər Sovetinə, MK-ya və digər instansiyalara deyil, fəhlə və tələbə yataqxanalarına gedirdilər. Onların Ermənistanda ermənilərdən çəkdikləri təhqir, məhrumiyyət və zülm haqqında danışdıqları camaatı son dərəcə əsəbiləşdirirdi. Avtobusları özü əslən ermənistanlı olan AKP Abşeron Rayon Komitəsinin birinci katibi, Heydər Əliyevin kadrlarından olan Zöhrab Məmmədov təşkil edirdi. Başa düşdüm ki, iş qırğına doğru gedir və bu qəsəbələrdən şəhərə gedən bütün yolları bağlamağı əmr etdim. Əmr yerinə yetirildi. Avtobuslar Bakıdan 25 kilometr aralıda yerəşən kimyaçılar şəhəri Sumqayıta yollandı. Fevralın 26-da orada talan başlandı".

Ss.4: Talanları Sumqayıtın azərbaycanlıların Ermənistandan zor tətbiq etməklə kütləvi şəkildə qovulması barədə xəbərlərdən əsəbiləşmiş pozğun, xuliqanlıq edən və cinayətkar ünsürlərı həyata keçirib.

Sumqayıt müasir Azərbaycan tarixinin dəhşətli hadisələri silsiləsindən birincisidir ki, ondan baş çıxarmaq demək olar ki, mümkün deyil, çünki qeyri-rəsmi "mafioz" əlaqələr və korrupsiyanın bürüdüyü cəmiyyətdə siyasət çox böyük dərəcədə gizli qüvvələr, sazişlər və təxribatlarla real surətdə həyata keçirilir və daha çox dərəcədə gizli qüvvələr, sövdələşmə və təxribatlar vasitəsi ilə izah edilir. Əgər buna:

- cəmiyyəti "sakitləşdirmək" üçün Moskvanın Sumqayıt hadisələrinin üstünü açmamağa çalışdığını,

- ermənilərin onları 1915-ci il soyqırımının davamı kimi təsvir edərək maksimum şişirtmək istədiyini,

-azərbaycanlıların ən fəal talançılardan birinin - sumqayıtlı fəhlə-cani E. Qriqoryanın sirli rolunu şişirdərək hər şeyi erməni təxribatının üzərinə yıxmaq cəhdini əlavə etsək onda etiraf etməli olacağıq ki, Sumqayıt hadisələrinin əsl mənzərəsi çətin ki nə vaxtsa bərpa olunsun. Amma aydındır ki, Sumqayıtda kənddən yeni gəlmiş və şəhər cəmiyyətinin şəhər şəraitində spesifik lümpen-kriminal çalar alan ənənəçilik şüurunun daşıyıcıları kütləsinin aşağı təbəqəsini təşkil edənlərin tezalışan kütləsi partlayıb (özü partlayıb, ya da kimsə kibrit atıb)... (D. Furman, Ə. Abasov).

Çoxsaylı talançılardan olan əsasən yeniyetmə və gənclərdən ibarət 94 sıravi iştirakçı məhkəmə məsuliyyətinə cəlb olunub. Təxminən 80 nəfər məhkum edilib. Onlardan biri, Əhməd Əhmədov edam cəzasına məhkum edilib.

Ss.5: Sumqayıtda baş vermiş hadisələr - Mərkəzinxüsusi xidmət idarələrinin (DTK və Baş Kəşfiyyat İdarəsinin) partiya orqanlarının göstərişi (variant "a")və ya öz təşəbbüsü (variant "b") ilə "yenidənqurma" prosesinin dayandırılması eyni zamandaermənilərin siyasi tələblərdən imtina etməsi üçünonları qorxutmaq məqsədilə apardığı fəaliyyətin nəticəsidir.

Belə bir versiya da var idi ki, guya Sumqayıt talanları DTK-nın təşəbbüsü ilə erməniləri qorxutmaq və siyasi etirazlardan əl çəkməyə məcbur etmək məqsədi ilə həyata keçirilmişdi. Başqa bir versiyaya görə, Sumqayıtda qırğın Qorbaçovu və onun yenidənqurmasını nüfuzdan salmaq üçün təşkil olunmuşdu.

SSRİ Prokurorluğu qırğına hazırlıq barədə sübutların mövcudluğunu inkar etdi. KİV-də yalnız ilk iki proses qeyd olundu, qalan proseslər nəzərə çarpmadan keçdi.

R.Usubov: "Kreml və DTK cinayət işini tez bir zamanda məhkəməyə verməyi tələb edirdi. Nəticədə ədalətli və müfəssəl təhqiqat aparılmadı. Xüsusi xidmət orqanları və SSRİ rəhbərliyi cinayət işini mümkün qədər tez məhkəməyə verməyi tələb edir və əsas təqsirkar şəxslərin cinayət məsuliyyətinə cəlb olunmaması üçün azərbaycanlıları istintaqdan kənarda saxlamağa çalışırdı".

Ss.6: Hadisələri SSRİ-ni dağıtmaq məqsədilə Qərbin müxtəlif mərkəzlərinin tapşırığı ilə "təsir agentləri" işləyib hazırlamış və həyata keçirmişdi.

1990-cı illərdə bu versiya Azərbaycanın "Sumqayıtın əks-sədası" kinotrilogiyasında inkişaf etdirilmişdi. Onun müəllifi, kinorejissor Davud İmanov Sumqayıtı Mərkəzi Kəşfiyyat İdarəsi tərəfindən ruslar və ermənilərlə birgə Sovet İttifaqını dağıtmaq məqsədi ilə Azərbaycana qarşı beynəlxalq qəsd meydanı kimi təqdim etmişdi.

Heç kim şübhə etmir ki, 1980-ci illərdən etibarən Qərb bütün istiqamətlər üzrə SSRİ-nin dağıdılmasını dünya sosializm sisteminin süqutunun həlledici amili kimi inamla həyata keçirirdi. Məhz "Sumqayıt sınması" SSRİ-nin parçalanmasını labüd surətdə yaxınlaşdıran qanlı hadisələr silsiləsində ən mühüm hissə oldu. А.Mostovoy yazır: "Dövlət Belovejskaya Puşşada dağılmadı, orada ölkəni deyil, hakimiyyəti bölüşdürürdülər...Sovet İttifaqının dağılması Sumqayıtdan başladı".

"Erməni hərəkatı"nın inkişafı baxımından bu proseslərdə A.Yakovlevin rolu birmənalıdır, yəni Sov.İKP-nin bu qanadı SSRİ daxilində sərhədlərin dəyişdirilməsinin mümkün olduğunu qəbul edirdi.

Ss.7:Başlıca "təsir agenti" M.Qorbaçov idi: Sumqayıt hadisələrinə və SSRİ-də sonrakı insidentlərə görə bütün məsuliyyət müstəsna surətdə onun üzərinə düşür.

"Mərkəzi hakimiyyət orqanları hadisələrdən xəbərdar idi. Sumqayıtda kütləvi iğtişaşların qarşısını almaq üçün ordudan istifadə etmək kifayət idi. Lakin sonralar Mixail Qorbaçovun Sumqayıtla, Bakıda 20 Yanvar hadisələri ilə, Alma-Ata, Tbilisi və Vilnüslə bağlı bəyan etdiyinə görə, "biz bir-iki gün gecikdik". Bu, həyasızcasına yalandır. SSRİ müdafiə naziri Dmitri Yazov xatirələrində göstərirdi ki, "biz orada idik və Mərkəzdən göstəriş gözləyirdik, lakin göstəriş gəlmədi", - Azərbaycan baş prokurorunun müavini vurğulayır.

"Elə bir vəziyyət yaranmışdı ki, yenidənqurma dövründə millətlərarası zəmində kəskin münaqişələr zamanı M.Qorbaçov bir qayda olaraq, xaricdə olurdu...Bu amildən bütün nəhs hadisələrin tez-tez xaricə gedən Qorbaçovdan, Yakovlevdən, Şevardnadzedən (1985-1990-cı illərdə SSRİ xarici işlər naziri) və Medvedevdən (1988-1990-cı illərdə Sov-İKP MK Siyasi Bürosunun üzvü Vadim Medvedev) deyil, Siyasi Büronun mühafizəkar qanadından qaynaqlandığını düşünənlər yararlanırdı. Bu uşaq nağıllarına inanan insanlar sadəlövhdür! Doğrudanmı, belə hadisələri bir neçə günə təşkil etmək və həyata keçirmək mümkündür? Axı onlar hansısa səbəblərin nəticəsidir və bir günə ərsəyə gəlmir. Üstəlik, baş katib ölkənin, eləcə də dünyanın hər hansı nöqtəsi ilə əlaqəsini ... bir dəqiqə də itirmirdi", - Nazirlər Sovetinin sədri Nikolay Rıjkov, "Süqutun qaynaqları".

Sergey Qriqoryants: "SSRİ-nin bütün tarixi qana bələnib. Həm qatillər, həm də onların ilhamvericiləri bizə yaxşı məlumdur. Bu gün kimdir müqəssir? İlk növbədə Qorbaçov. Hətta onun daha qorxunc rəqiblərinə kömək etmək riski olsa belə, bu gün bunu demək zəruridir".

Ss.8: Sumqayıt hadisələri Azərbaycanda iki partiya qruplaşması arasında hakimiyyət uğrunda mübarizənin nəticəsidir, bununla əlaqədar H.Əliyevin adı çəkilir.

Partiya və sovet hakimiyyəti orqanları fəaliyyətsizlik göstərirdi, Sumqayıt milisi bir sıra hallarda talançılara kömək edirdi. Lakin SSRİ Baş Prokurorluğunun bu faktlar üzrə apardığı yoxlama zamanı bu məlumat təsdiqini tapmadı. Corc Soros 1989-cu ildə dərc olunan məqaləsində belə bir ehtimal irəli sürmüşdü ki, erməni talanlarında respublika DTK-nın keçmiş başçısı, 1987-1990-cı illərdə pensiyada olan Heydər Əliyevin rəhbərlik etdiyi yerli mafiyanın əli olub.

Ss.9: Kompleks ssenari - bütün, yaxud bəzi ssenariləri birləşdirən variantlar

Otuz il ərzində bu ssenarilərdən hər biri üçün bu və ya digər sayda şahid ifadəsi və analitik material toplanıb. Lakin onların müqayisəsi maraqlı mənzərə yaradır: "şahidlər"in bir hissəsi ya şahid olmayıb, ya ən azı qeyri-obyektiv məlumat verib, ya da sadəcə, yalan danışıb. Analitik materiallar bütövlükdə birtərəfli xarakter daşıyıb, bu da onların müəlliflərinin ələ alınması, yaxud yoxlanılmamış və təsdiqlənməmiş şahid ifadələrinə və materiallara etibar etməsi ilə bağlı şübhələr doğurur.

Dağlıq Qarabağ münaqişəsi və deməli, onun Sumqayıt hadisələri kimi mühüm epizodu SSRİ-ni dağıtmış partladıcı qurğunun detonatoru adlandırılır. Belə ki, Tomas de Vaal bu hadisələri yenidənqurma SSRİ-sində kütləvi zorakılığın ilk təzahürü kimi qiymətləndirib. Hərçənd 16-18.12.1986-cı il tarixdə Alma-Atada və Qazaxıstan SSR-in bəzi digər böyük şəhərlərində baş vermiş, müxtəlif sirlərə və əsatirlərə bürünmüş Qazaxıstan hadisələri də bu qəbildəndir.

Belə ki, sonralar onlarla etirazçının şəhər kənarına aparılaraq soyundurulması haqqında əhvalatlar üzə çıxmışdı. Hətta cəza strukturları nümayəndələrinin binaların damından atdığı qazaxlar haqqında (100 faiz təsdiqini tapmayan) məlumatlar da mövcud idi. Rəsmi məlumatlara görə, üç nəfər, o cümlədən bir drujinaçı həlak olub. Qeyri-rəsmi mənbələr daha yüksək rəqəmlər gətirir: 10 nəfərdən 100 nəfərə qədər insan həlak olub. Bu məlumatlar sonradan təsdiqini tapmadı. Bu iş üzrə həbs olunan, saxlanılan, yaxud, sadəcə, dindirilən şəxslərin sayı minlərlədir. 900-ə qədər insan inzibati qaydada cəzalandırılmışdı (cərimə, islah işləri).Yüzlərlə vətəndaş işdən qovuldu, yaxud ali məktəbdən xaric olundu. 100-ə yaxın insan cinayət təqibinə məruz qaldı, bu da mətbuatdan gizlətmək cəhdlərinə qədər Sumqayıt talanlarından sonrakı hadisələri çox xatırladır.

SSRİ Prokurorluğunun rəsmi məlumatlarına görə, Sumqayıt iğtişaşları zamanı erməni milliyyətindən olan 26 vətəndaş və azərbaycanlı milliyyətindən olan 6 vətəndaş həlak olub, yüzdən çox adam yaralanıb.

Bəs Sumqayıt faciəsi hansı səbəblərdən mümkün oldu? Hadisələr daxili səbəblərdən törəyən idi, yoxsa planlaşdırılmışdı? Bu suallara müəyyən dərəcədə faciədən əvvəlki hadisələrin xronikası cavab verir. Münaqişənin birtərəfli, ardıcıl və planauyğun surətdə qızışdırılması labüd şəkildə kortəbii reaksiyaya və qan tökülməsinə gətirib çıxarmalı idi, bundan sonra geri qayıtma qeyti-mümkün olmasa da çox müşkül oldu.

Hadisələrin xronikası:

1945-ci ilin payızı - Ermənistanın Dağlıq Qarabağın birləşdirilməsi ilə bağlı ilk müraciəti.

Ermənistan Kommunist Partiyasının rəhbəri Q.Arutyunov 1945-ci ilin noyabrında Stalinə məktubla müraciət edərək DQMV-nin Qarabağ vilayəti kimi Ermənistanın tərkibinə daxil edilməsi məsələsini qaldırdı. Stalinin tapşırığı ilə ÜİK(b)P MK katibi Malenkov Azərbaycan Kommunist Partiyasının rəhbəri M.C.Bağırova Arutyunovun təklifi ilə bağlı sorğu göndərdi. Bağırov ərazi mübadiləsi təklif etdi: əsasən azərbaycanlıların yaşadıqları Şuşa rayonu istisna olmaqla, DQMV-nin qalan ərazisi Ermənistana keçir. Əvəzində Ermənistanın Azərbaycana bitişik və əsasən azərbaycanlıların yaşadıqları üç rayonu Azərbaycana keçir.Qərar təxirə salındı.

1948-49-cu illər - erməni repatriantların Ermənistana qayıtması bəhanəsi ilə azərbaycanlıların kütləvi surətdə köçürülməsinə başlandı. Cəmi 200 mindən çox azərbaycanlı köçürüldü.

1963-cü il - Xruşşova 2500 Qarabağ ermənisinin imzası ilə petisiya ünvanlandı. Qarabağda iğtişaşlar nəticəsində 18 nəfər xəsarət aldı. Yaranmış gərginlik 70-ci illərin əvvəllərinə qədər qaldı.

1986-cı il - Z.Balayanın antitürk "Ocaq" kitabı.

1987-ci ilin avqustu - 75.000 Qarabağ ermənisinin adından Qorbaçova

vilayətin Ermənistana birləşdirilməsi haqqında petisiya ünvanlandı. Ermənistan

Elmlər Akademiyası da dövlət başçısına bu xahişlə müraciət etdi.

Sentyabrda Zori Balayan, oktyabrda isə Anastas Mikoyanın oğlu Sergey xarici

mətbuatda Qarabağ mövzusunda çıxış etdilər.

17-18 oktyabr -Yerevanda ilk mitinqlər. Qorbaçovun müşaviri A.Aqanbeqyanın

Dağlıq Qarabağın Ermənistan SSR-in tərkibinə verilməsinin məqsədəuyğunluğu

haqqında Parisdə bəyanat verməsi.

Noyabr, 1987-ci il - Ermənistandan ilk azərbaycanlı qaçqınlar.

1988-ci ilin əvvəlləri - Ermənistanın Qafan rayonunda kütləvi toqquşma və iğtişaşlar.

25 yanvar - yüzlərlə azərbaycanlının Azərbaycana qaçmağa məcbur olması.

20 fevral - Stepanakertdə DQMV Xalq Deputatları Sovetinin sessiyası.

Azərbaycan SSR, Ermənistan SSR və SSRİ Ali sovetlərinə DQMV-nin Azərbaycanın

tərkibindən çıxıb Ermənistana birləşdirilməsinə icazə verilməsi xahişilə müraciət qəbul etdi.

21 fevral -Azərbaycan radiosu və televiziyası: DQMV-də iğtişaşlar ekstremist qruplar tərəfindən təşkil olunub.

22 fevral - DQMV ərazisində ermənilərin Əsgəran yaşayış məntəqəsinin yaxınlığında "qayda-qanun yaratmaq" üçün Ağdamdan Stepanakertə yollanmış çoxsaylı azərbaycanlılar, onların yolunda qoyulmuş milis-qoşun dəstələri və yerli əhali arasında odlu silahdan istifadə olunmaqla toqquşmalar baş verdi. Toqquşmalar nəticəsində 2 azərbaycanlı (onlardan biri azərbaycanlı milis nəfərinin əlindən) həlak oldu, 50 nəfər bədən xəsarəti aldı.

23 fevral - Ermənistandan azərbaycanlı qaçqınların sayı 4.000 nəfərə çatdı.

26 fevral - Sumqayıtda Lenin adına mərkəzi meydanda Sov.İKP MK-nın baş katibi M.S.Qorbaçovun Dağlıq Qarabağ və onun ətrafındakı hadisələrlə əlaqədar Azərbaycan və Ermənistan zəhmətkeşlərinə, xalqlarına müraciəti münasibətilə azsaylı mitinq keçirildi.

26 fevral axşamı - Azərbaycan KP MK birinci katibi Kamran Bağırov və hökumət sədri Həsən Seyidov Sumqayıta gəldi. Onlar axşam Kimyaçılar klubunda şəhər sakinləri ilə görüşdü. Kəskin suallar və ittihamlar səsləndirildi. Respublika liderləri arxa qapıdan qaçaraq Bakıya qayıtdılar.

27 fevral axşamı - tribunaların çıxışları zorakılıq hərəkətlərinə keçdi.

28 fevral - ən böyük zorakılıq hərəkətləri.

28 fevral axşamı - Bakıdan Sumqayıta Sov.İKP MK təşkilat- partiya işi şöbəsinin müdir müavini Q.Xarçenko və SSRİ DTK sədrinin birinci müavini, ordu generalı F.Bobkov gəldi. Q.Xarçenko: "Biz gələndə Sumqayıtda artıq 15 nəfər həlak olmuşdu".

29 fevral - Sumqayıta təyyarələrlə SSRİ DİN daxili qoşunlar alayı yeridildi və Bakı ümumqoşun məktəbinin kursantları gətirildi. Qoşun yeridilməsinə baxmayaraq, bəzi rayonlarda qətl və talanlar davam edirdi, çünki qoşunların döyüş sursatı yox idi və talançılara qarşı güc və silah tətbiq etmək əmri verilməmişdi. Zərərçəkənlərin müdaxilə çağırışlarına zabitlər və əsgərlər cavab vermirdi.

29 fevral - Sov.İKP MK Siyasi Bürosunun Sumqayıt hadisələri ilə bağlı iclası keçirildi. Sumqayıtda komendant saatı tətbiq olundu.