RETURN
Fərhad Abdullayev

Fərhad Abdullayev

Konstitusiya Məhkəməsinə şikayətlər artıb
Siyasət


2018 Fevral 13 ( Çərşənbə axşamı ) 01:05:02
Çap versiyası
English  Русский 

Bakı/13.02.18/Turan: "Ötən il Konstitusiya Məhkəməsi ümumi hüquq münasibətlərinə təsir göstərən və məcburi qüvvəyə malik olan 38 qərar və qərardad qəbul edib. İl boyunca məhkəməyə 2 min 271 şikayət daxil olub".

Bu haqda Konstitusiya Məhkəməsində keçirilmiş toplantıda məhkəmənin sədri Fərhad Abdullayev məlumat verib. Məhkəmənin mətbuat xidmətinin məlumatında belə deyilir.

F.Abdullayev bildirib ki, daxil olan şikayətlərin 694-ü üzrə aidiyyəti dövlət orqanlarına müvafiq tövsiyələrlə müraciət edilib. Vətəndaşlara Kostitusiya Məhkəməsinin səlahiyyətləri izah edilməklə 909 cavab məktubu göndərilib.

Toplantıda bildirirlib kii, ötən il məhkəmələrdən daxil olmuş müraciətlərin sayı azalıb, ancaq şikayətlərin sayı xeyli artıb. Şikayətlər əsasən, mülki, mənzil, ailə, vergi, əmək və s. münasibətlərdən irəli gələn mübahisələrlə əlaqədar olub.-0--