RETURN
Beş nəfərin prezidentliyə namizədliyinin irəli sürülməsi təsdiqlənib

Beş nəfərin prezidentliyə namizədliyinin irəli sürülməsi təsdiqlənib
Siyasət


2018 Fevral 14 ( Çərşənbə ) 16:49:17
Çap versiyası
English  Русский 

Bakı/14.02.18/Turan: Bu gün Mərkəzi Seçki Komissiyası (MSK) dövlət başçısı postuna beş iddialının namizədliyinin irəli sürülməsini təsdiqləyib: prezident, hakim Yeni Azərbaycan Partiyasının (YAP) rəhbəri İlham Əliyev, Liberal Demokrat Partiyasının sədri Fuad Əliyev, Anar Umudov (vəkil), Zahid Oruc (deputat), Tural Abbaslı (rəsmi qeydiyyata alınmayan Ağ Partiyanın rəhbəri).

Hazırda namizədlərin rəsmi qeydiyyatı üçün 60 birmandatlı seçki dairəsindən ən azı 40 min imza toplanmalıdır.

Növbədənkənar prezident seçkiləri aprelin 11-də keçiriləcək.-16d-