Azərbaycan və Ermənistan əsir mübadiləsi həyata keçiriblər
Bakı/28.06.19/Turan: İyunun 28-də Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan əsir mübadiləsi həyata keçirib.
Xüsusən, 16 mart 2019-cu il tarixdə Ermənistan hərbçiləri tərəfindən girov götürülmüş Azərbaycan Respublikasının vətəndaşı, Qazax rayonu, Yuxarı Salahlı kənd sakini, 29.10.1986-cı il təvəllüdlü İbrahimov Elvin Arif oğlu Azərbaycana və 20 iyun 2017-ci il tarixdə Qazax rayonu ərazisində saxlanılmış Ermənistan Respublikasının vətəndaşı, 06.11.1974-cü il təvəllüdlü Karapetyan Zaven Avanesoviç Ermənistana təhvil verilib.
Humanitar proses Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası və Dövlət Sərhəd Xidməti tərəfindən Beynəlxalq Qızıl Xaç Komitəsinin vasitəçiliyi ilə həyata keçirilib.
Dövlət Komissiyasının məlumatına görə, Elvin İbrahimov təcili olaraq xəstəxanaya yerləşdirilib. -06D-
-
- Maliyyə
- 28 İyun 2019 14:18
-
- İqtisadiyyat
- 28 İyun 2019 14:59
Siyasət
-
"Meclis.info" platformasının həbsdə olan rəhbəri İmran Əliyevə qarşı yeni ittiham irəli sürüldüyü deyilir.
-
İstintaq təcridxanasında 8 günlük quru aclıq aksiyası Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) fəalı Elnur Həsənovun sağlamlığı üçün mənfi nəticələrə səbəb olub. O, 17,5 kq arıqlayıb və onun həzm sistemində problemlər yaranıb.
-
Teleqram şəbəkəsində bu günlərdə korrupsiyaya görə həbs olunmuş Rusiya müdafiə nazirinin keçmiş müavini Timur İvanovun daşınmaz əmlakını əks etdirən video yayılıb. Bu, Tver vilayətində Volqanın sahilində bir saraydır. Əmlakın dəyəri təxminən 2 mlrd. rubldur (təxminən 22 mln. dollar). Saray klassisizm üslubunda məşhur Znamenskoe-Raek malikanəsinin eynisidir.
-
Son günlər Qazaxın Ermənistanla həmsərhəd kəndlərində əhali etiraz aksiyaları keçirərək, 90-cı illərin əvvəllərində ermənilər tərəfindən işğal olunmuş ərazilərin Azərbaycana qaytarılması prosesini pozmağa çalışır.
Rəy yaz