An Armenian rocket destroyed a house in Ganja on October 4, 2020
Müsavat beynəlxalq birliyi Ermənistanın hərbi cinayətlərini dayandırmağa çağırır
Bakı/04.10.20/Turan: "Müsavat" partiyası beynəlxalq birliyi və ilk növbədə ATƏT-in Minsk Qrupu həmsədr dövlətlərini Ermənistanın Azərbaycana qarşı hərbi cinayətlərinin dayandırılması üçün təsirlii tədbirlər görməyə çağırıb.
Müsavat " ın bəyanatında bildirilir ki, oktyabrın 4-də Ermənistan ərazisindən Azərbaycanın ikinci böyük şəhəri olan Gəncəyə raket zərbəsi endirilib. Bir dinc sakin öldürülüb və dörd nəfər yaralanıb. Mülki obyektlərə ciddi ziyan dəyib.
Azərbaycanın yaşayış məntəqələrinin Ermənistan ərazisindən, o cümlədən Gəncə şəhərindən atəşə tutulması Ermənistan tərəfinin böyük təxribatıdır, Azərbaycanı adekvat cavablara təhrik etməklə Rusiyanı hərbi konfliktə cəlb etmək cəhdidir. –0—
-
- Siyasət
- 4 Oktyabr 2020 16:54
Cəmiyyət
-
Polis əməkdaşları tərəfindən gizli sexdə saxta spirtli içkilər hazırlayaraq satış şəbəkəsi quran dəstə üzvlərinə qarşı əməliyyat keçirilib. Nəticədə Mikayıl Abbasov və onun rəhbərlik etdiyi dəstənin üzvləri Fərid Məmmədov, Fərid Haqverdiyev, Əhməd Mikayılov, Mehman Cəfərov və Nurlan Zamanov tutulublar. Bu barədə XİN-in mətbuat xidməti bildirib.
-
Azərbaycan səhiyyə sahəsində əhəmiyyətli bir addım atmağa hazırdır, belə ki, gələn ildən onkoloji xəstəliklərin müalicəsini icbari tibbi sığorta sisteminə daxil etməyi planlaşdırır.
-
Azərbaycanın Milli Hidrometeorologiya Xidməti meteoroloji hadisələr haqqında təxminlərdə rəng şkalasından istifadə edəcək. Bu barədə qurumun nümayəndələrinin bugünki mətbuat konfransında bildirilib.
-
Azərbaycanda bu il iki seçkinin keçiriləcəyi gözlənilir. Söhbət həm parlament, həm də bələdiyyə seçkilərindən gedir. Bələdiyyə seçkilərinin öz vaxtı elə bu ildir. Azərbaycanda sonuncu parlament seçkiləri isə dörd il əvvəl növbədənkənar (altı ay vaxtından əvvəl) keçirilib. Bu, hakim düşərgədə "islahatların sürətləndirilməsi" istəyi ilə izah edilib. Hərçənd, bəzi müxalifət partiyaları onu "seçkinin tez-tələsik saxtalaşdırılması" adlandırıb. Azərbaycanda parlament seçkiləri, qanunvericiliyə əsasən, beş ildən bir keçirilməlidir.
Rəy yaz