Açiq mənbələrdən foto.

Açiq mənbələrdən foto.

Bakı/29.10.20/Turan: Oktyabrın 29-da Bakı Apellyasiya Məhkəməsində Müsavat Partiyasının və Milli Şuranın finksioneri Tofiq Yaqublunun barəsində Nizami Rayon Məhkəməsinin hökmündən verilən şikayətinə ilkin baxış olub.

Hakim Elmar Rəhimovun sədrliyi ilə keçirilən ilkin baxış iclasında vəkillərin işə bəraətverici əsaslarla xitam verilməsi, məhkəmənin istintaqla keçirilməsi və başqa vəsatətlərinin heç biri təmin edilməyib.

Məhkəmə baxışı noyabrın 12-nə təyin edilib.

Sentyabrın 3-də Bakının Nizami Rayon Məhkəməsi hakim Nəriman Mehdiyevin sədrliyi ilə prezident İlham Əliyevin sərt tənqidçilərindən olan Tofiq Yaqublunun 4 il 3 ay həbsə məhkum edilməsi barədə hökm çıxarıb.

Bu il martın 22-də Tofiq Yaqublunun park edilmiş avtomobilini başqa avtomobil vurub. Buna baxmayaraq, Bakının Nizami Rayon Polis İdarəsində T.Yaqubluya qarşı cinayət işi qaldırılıb.

Sentyabrın 2-də T. Yaqublu son sözündə məhkəmə və hakimiyyəti ittihamı saxtalaşdırmaqda və siyasi sifarişdə ittiham edib. T.Yaqublu məhkəmədə həbsinə etiraz olaraq aclıq aksiyasına başladığını elan edib.

17 gün aclıqdan sonra, sentyabrın 18-də hakim Elmar Rəhimovun sədrliyi ilə Bakı Apellyasiya Məhkəməsi Nizami Rayon Məhkəməsinin Tofiq Yaqublu barədə həbs qətimkan tədbiri haqqında qərarının ev dustaqlığı ilə əvəz edilməsi barədə vəkillərin vəsatətini təmin edib. Tofiq Yaqublu məhkəmə zalında sərbəst buraxılıb.-03-

 

Rəy yaz

Cəmiyyət

Quru sərhədləri, narkotacirlər, parkinq qiymətləri... - Natiq Cəfərli Çətin sualda



InvestPro Azerbaijan Baku & Turkiye Istanbul 2024 – two conferences in one shot


Əziz Bakı şəhəri sakini!

Siz də Qlobal İqlim Dəyişmələri ilə mübarizəyə öz töhfənizi verə bilərsiniz

Dear resident of Baku city!

You too can contribute to the fight against Global Climate Change

Дорогой житель города Баку!

Вы тоже можете внести свой вклад в борьбу с глобальным изменением климата

Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti