Destroyed BMP of the Armenian armed forces in Karabakh

Destroyed BMP of the Armenian armed forces in Karabakh

Bakı/10.10.20/Turan: 2020-ci il oktyabrın 9-da Moskvada Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Rusiyanın xarici işlər nazirinin vasitəçiliyilə atəşkəs haqda saziş (27 sentyabr 2020-ci il tarixindən, Azərbaycan ordusunun Ermənistanın təcavüzünə cavab vermək və Qarabağda bütün cəbhələrdə düşmən ordusuna əks-hücuma keçmək məcburiyyətində qaldığı vaxtdan ilk dəfə) imzalayıblar. Tərəflər 10 oktyabrın saat 12:00-da atəşi dayandırmaq qərarına gəliblər ki, həlak olanların cəsədlərini çıxarıb əsirlərin mübadiləsini aparsınlar və dinc substantiv danışıqlara başlasınlar. Lakin oktyabrın 10-dakı hadisələr göstərdi ki, atəşin dayandırılması baş vermədi. Bununla belə, 27 sentyabr-10 oktyabr 2020-ci ili bu il Qarabağ müharibəsinin birinci mərhələsi hesab etmək olar. 

13 gün şiddətli döyüşlər ərzində Ermənistan ordusu döyüş şəraiti üçün əhəmiyyətli olan məsafəyədək irəliləməyib, baxmayaraq ki, dəfələrlə Azərbaycanın mövqelərinə hücum edib. Ermənistan Müdafiə Nazirliyinin nümayəndələri öz ordusunun hücumları ilə bağlı xalqa yalan məlumatlar versə də belə məlumatların heç birində ermənilərin uğurlu əməliyyatının lokasiyası göstərilməyib.

Eyni zamanda Azərbaycan ordusu 1 şəhəri (Cəbrayıl), 1 qəsəbə ( Hadrut) və 34 kəndi erməni işğalından azad edib. İşğaldan azad edilmiş bütün yaşayış məntəqələri işğalçı tərəfindən yerlə yeksan edilmişdi. Bu ərazidə heç bir bütöv ev yoxdur.

Azərbaycan ordusu Kəlbəcər rayonunda işğal edilmiş əraziləri atəşə tutmağa imkan verən Murovdağ silsiləsində strateji baxımdan mühüm Murov yüksəkliyini öz nəzarətinə götürüb.

Dağlıq Qarabağı Ermənistanla birləşdirən iki avtomobil yolundan birinin Azərbaycan ordusu tərəfindən atəşə tutulması nəticəsində düşmən bir yoldan, Laçından keçən və döyüşlər zamanı Azərbaycan ordusu tərəfindən partladılan köhnə avtomobil yolundan istifadə etməyə məcbur olub. Həmin gün ermənilər körpünü təmir ediblər.

27 Sentyabr-9 oktyabr 2020-ci il dönəmində Azərbaycan ordusu Qarabağın 30 illik işğalı ərzində düşmənin qurduğu müdafiə zolağını asanlıqla yarıb. Zolaq erməni hərbçiləri üçün səhra yataq yerləri olan daş istehkam müdafiə nöqtələri sistemindən ibarət olub.

Cəbhənin xarici perimetri üzrə Azərbaycan ordusunun hərəkətini müşahidə edən elektron vasitələr quraşdırılıb ki, bunlar da yüksəklikdə qurulmuş videokameralara malik, erməni ordusunun mərkəzi qərargahına görüntüləri onlayn rejimdə ötürən yüngül qüllələrdən ibarətdir. Postların və müşahidə vasitələrinin elektrik təchizatı günəş batareyaları vasitəsilə həyata keçirilib .

Bütün müdafiə dərinliklərində tanklar, artilleriya batareyaları,  “Qrad”, “Smerç” və digər  raket qurğuları torpağa basdırılıb, yüksəkliklərdə HHM zenit sistemləri və PUA-nın idarə olunması, ələ keçirilməsi və kəşfiyyat üçün radiotexniki vasitələr quraşdırılıb. Bütün bu çətin müdafiə sistemi 13 gün ərzində döyüş əməliyyatları zamanı tamamilə məhv edilib.

Döyüşlər zamanı Azərbaycan ordusu Türkiyənin yerli və xarici terrorçulara qarşı apardığı müharibə zamanı türk ordusunun uğurla tətbiq etdiyi müasir, düşmənə məlum olmayan döyüş taktikasını tətbiq edib. Taktika aşağıdakı fəaliyyət planından ibarətdir. Öncə PUA vasitəsilə düşmənin yerüstü HHM vasitələri, artilleriya və raket silahları məhv edilir. Bu tədbirlər zamanı bir cüt PUA-dan istifadə olunur, onlardan biri ərazinin vizual nəzarətini həyata keçirir, ikincisi -zərbəçi yerüstü operator tərəfindən idarə olunan hava mərmisidir.

Azərbaycan ordusu nadir hallarda cəbhə aviasiyasından istifadə edib.

Düşmənin zenit və raket-artilleriya vasitələri məhv edildikdən və bu tapşırığın yerinə yetirilməsi haqda kəşfiyyat məlumatları əldə edildikdən sonra ikinci mərhələ – döyüşə artilleriya, minaatanlar, tanklar və yüngül zirehli texnika (PDM, BDRM və s.) ilə dəstəklənən quru atıcı birləşmələrin daxil edilməsi başlayır. Döyüşlər yaşayış məntəqələrinin yox, yüksəkliklərin ələ keçirilməsi üçün aparılır. Ordu düşmənin kəndlərini və şəhərlərini arxada qoyaraq keçir. Sonra yaşayış məntəqələri orada düşmənin canlı qüvvəsinin olmaması barədə kəşfiyyat məlumatı əldə edildikdən sonra quru qüvvələri tərəfindən təmizlənir.

Azərbaycan ordusunun ehtiyatda olan mayoru Anar Hüseynovun qiymətləndirməsinə görə, ordu qarşısına qoyulan tapşırığı əla yerinə yetirib. Hərbi əməliyyatlar zamanı Azərbaycan ordusunun şimalda - Ağdərə-Murovdağ istiqamətində, Qarabağın cənubunda Füzuli-Cəbrayıl istiqamətində hücum hərəkətləri həyata keçirilib. Əməliyyatın elə ilk günündə Qarabağın Kəlbəcər rayonuna yaxın Murovdağda bir necə mövqe azad edilib. İşğal olunmuş zonanın şimalında gedən döyüşlərdə Azərbaycan ordusu böyük strateji Madagiz kəndini azad edib, oradan Kəlbəcərə yol gedir. Azad edildiyi gün bu kəndin adı Suqovuşan adlandırılıb. Bakı-Gəncə avtomobil yolundan bir az aralıda qalan və Azərbaycan ərazisini iki hissəyə bölən Talış kəndinin azad edilməsi də mühüm əhəmiyyət kəsb edir. Həmçinin şimalda ordu Madagiz su anbarına çıxıb. Bunun sayəsində 30 il ərzində ilk dəfə olaraq bu ərazidə düzənlikdə yerləşən Tərtər kənd təsərrüfatı sahələri Tərtər çayından su içib.

Erməni əhalinin sayına görə Qarabağın ikinci böyük şəhəri Ağdərə (Mərdəkert) yarımmühasirəyə düşüb. Hazırda bu şəhər boşdur, əhali onu tərk edib.

Qarabağın cənubunda Azərbaycan ordusu İrana bitişik sərhəd zonasını Azərbaycanın işğal olunmuş Qubadlı rayonunun ərazisinədək azad edib. Şimala, Araz çayından dağlara hücum edən ordu mühüm Hadrut qəsəbəsini azad edib, bu cəbhənin qərbində isə Cəbrayıl şəhəri tamamilə azad edilib.

Oktyabrın 9-da atəşkəs əldə edilməsəydi, Azərbaycan ordusu bu cür uğurlu hücum tempi ilə  4-7 gün ərzində Xankəndiyə - Qarabağın işğal edilmiş paytaxtına qədər gedə bilərdi. Hazırda Azərbaycan ordusunun dislokasiya yerindən Xankəndiyə 40-50 km. məsafə qalıb, - hərbi ekspert Anar Hüseynov bildirib. Ordumuzun keçdiyi məsafə bəzi yerlərdə əvvəlki müdafiə sərhədlərindən 40 km.-ə çatır.

Oktyabrın 9-da Azərbaycan prezidenti İ.Əliyev Azərbaycan televiziya tamaşaçıları qarşısında çıxışı zamanı ermənilərin məhv edilmiş və bütöv götürülmüş  hərbi-texniki vasitələrini sadalayıb.

Azərbaycan ordusu tərəfindən məhv edilmiş və hərbi qənimət kimi götürülmüş Ermənistan hərbi texnikasının siyahısı. Ermənistanın itkiləri: 16 komanda məntəqəsi, 196 T12 tank, 38 BM-21, 1 “Uraqan”, 10 özüyeriyən artilleriya qurğusu, o cümlədən 8 “Akasiya” və 2 “Qvozdika”, 36 piyada döyüş maşını, 24 artilleriya batareyası, 2 RM və ya hava hücumundan müdafiə vasitələri, 2 “C-300” kompleksi, 25 OSA zenit-raket kompleksi, 2 KUB zenit-raket kompleksi, 4 “Repelend” radiotexniki vasitə, 136 top, 56 minaatan, 1 ТОС-1А odsaçan, 2 radiolokasiya stansiyası, 1 “Kolçuqa” antenası məhv edilib.

Qənimət kimi götürülən hərbi texnika: 18 tank, 4 top, 22 piyada döyüş maşını, 12 minaatan, 4 UAZ maşını, 1 ekskavator, 27 “İqla” kompleksi, 1 ZIL maşını, 9 QAZ maşını.

Düşmən isə Azərbaycan Silahlı Qüvvələrinə məxsus bir dənə də olsun hərbi texnikanı ələ keçirməyib - İ.Əliyev qeyd edib.

Azərbaycan ordusunun canlı qüvvəsində itkilər açıqlanmır. Döyüşlər zamanı 31 mülki sakin həlak olub, 150 nəfərə yaxın adam yaralanıb.

Ekspertlərin fikrincə, bu döyüşlər zamanı Ermənistan ordusu sarsılıb, Qarabağın cənubunda cəbhə dağıdılıb, arxa cəbhənin döyüş sursatı, silah və ərzaq ilə təchizatı sistemi işləmir. Yerevanda kütləvi fərarilik və Ermənistan ordusunda əmrləri yerinə yetirməkdən imtina hallarını etiraf edirlər, - hərbi ekspert Şair Ramaldanov bildirib.

Rusiyalı jurnalist İlya Azarov “Novaya qazeta”dakı məqaləsində hərbi təlim keçməmiş gənclərin cəbhəyə göndərilməsi ilə bağlı erməni ordusunda çaxnaşmanın olması,  döyüş sursatı, hərbi texnika, təchizat çatışmazlığı barədə bildirib. İş o yerə çatıb ki, Ermənistanın baş naziri Nikol Paşinyan xalqa müraciətində ehtiyatda olan şəxsləri hərbi formalarını təhvil verməyi xahiş edib. Müəllif bu yazını yenidən yazmaqdan imtina etdiyinə görə Yerevan Azarovu Qarabağda akkreditasiyadan məhrum edib.

10 oktyabr 2020-ci il tarixinə olan məlumata görə, Moskvada əldə edilmiş razılaşmaya baxmayaraq, erməni ordusu hərbi əməliyyatları dayandırmayıb, Azərbaycanın dinc şəhər və kəndlərini atəşə tutmaqda davam edir. Azərbaycan ordusu düşmənə cavab verir. Buna görə də belə güman etməyə əsas var ki, Azərbaycan ordusunun hücum hərəkətləri bir müddət sonra davam edəcək.—0—

 

Rəy yaz

Siyasət

Taksi sayı azaldılır, bəs köhnə taksiçilər nə ilə dolanacaqlar? – Rauf Ağamirzəyev Çətin sualda



Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti