Аббас Аракчи
Moskvada İranın Qarabağa dair təşəbbüsü müzakirə olunur
Bakı/29.10.20/Turan: Cümə axşamı Moskvada İran İslam Respublikasının xüsusi nümayəndəsi Abbas Arakçı və RF xarici işlər nazirinin müavini Andrey Rodenko arasında Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqlar başlayıb.
İRNA agentliyi bildirir ki, Arakçı görüşdə İranın bu münaqişənin həlli ilə bağlı təşəbbüsünü təqdim edib.
Mənbənin məlumatına görə, Arakçi bildirib ki, "Tehranın planı tərəflərin humanitar prinsipləri və tələbləri üzərində qurulub".
Bu məlumatdan bir şey anlamaq mümkün deyil. Bundan əlavə, öncə Bakıda İran tərəfi bəyan etmişdi ki, plan münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini nəzərdə tutur. Buna görə də planın "tərəflərin tələbləri"ni nəzərə aldığını bildirmək ciddi görünmür. Məlum olduğu kimi, erməni tərəfi Dağlıq Qarabağın müstəqilliyinin tanınmasına təkid edir ki, bu da Azərbaycanın bütövlüyünü istisna edir.
Qeyd edək ki, Araqçı dörd ölkə üzrə turneyə çıxaraq İranın təşəbbüsünü təqdim edir. O, artıq Bakıda olub və prezident İlham Əliyevlə görüşüb. Moskvadan sonra Ankara və Yerevana gedəcək.-02D-
Siyasət
-
Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə qarşı çağırışlara görə həbs edilən Dağlıq Qarabağın keçmiş “dövlət naziri” Ruben Vardanyan Azərbaycan Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq Təcridxanasında aclıq aksiyasını dayandırıb.
-
Azərbaycan-Ermənistan dövlət sərhədinin demarkasiyası çərçivəsində geodeziya ölçmələri əsasında artıq 20 sərhəd dirəyi quraşdırılıb.
-
Aprelin 24-də Xocalı rayonunun Malıbəyli kəndi ərazisində qazıntı işləri aparılarkən ən azı 6 nəfərə aid olduğu ehtimal edilən insan sümük fraqmentləri aşkar edilib. Bu barədə Azərbaycan Baş Prokurorluğu və Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının birgə məlumatında deyilir.
-
Azərbaycan Xalq Cəbhəsi Partiyasının fəalı Elnur Həsənov aprelin 18-dən 1 saylı Bakı İstintaq Təcridxanasında quru aclıq edir.
Rəy yaz