Açiq mənbələrdən foto.
Tapqaraqoyunlu kənd sakini raket atəşindən həlak olub
Bakı/29.10.20/Turan: Bu gün Goranboy rayonu, Tapqaraqoyunlu kəndində fərdi yaşayış evinə mərmi düşməsi nəticəsində Flora Ziyadova həlak olub, yaşayış evinə ciddi ziyan dəyib. Bu barədə Azərbaycan Baş Prokurorluğu məlumat yayıb.
Xatırladaq ki, sentyabrın 27-də cəbhədə aktiv hərbi əməliyyatlar başlayandan sonra Azərbaycanın yaşayış məntəqələri hər gün Ermənistan Silahlı Qüvvələrinin artilleriya atəşlərinə məruz qalır. Son olaraq oktyabrın 27-də və 28-də Bərdə rayonunun ərazisinin kasetli raket mərmiləri ilə atəşə tutulması nəticəsində 25 nəfər mülki şəxs həlak olub, 83 nəfər yaralanıb.
Bundan öncə, oktyabrın 4-də, 11-də və 17-də Azərbaycanın ikinci böyük şəhəri Gəncə raket atəşinə tutulub. Nəticədə bu şəhərin 26 dinc sakini həlak olub, 138 sakini isə yaralanıb. Çoxsaylı evlər və obyektlər dağılıb.
Azərbaycanın baş prokuroru bildirib ki, ümumilikdə sentyabrın 27-dən oktyabrın 28-dək Azərbaycanın 91 mülki vətəndaşı həlak olub, 392 nəfər yaralanıb.-03-
-
- Siyasət
- 29 Oktyabr 2020 19:27
Siyasət
-
"Əlbəttə, bu, Azərbaycan üçün nailiyyətdir, ancaq bu, Ermənistan üçün də böyük nailiyyətdir", bu sözləri jurnalistlərə Ermənistanın baş naziri Nikol Paşinyan Tavuş və Qazax arasında sərhədin demarkasiyası haqqında sazişi şərh edərkən bildirib.
-
Aprelin 20-də Quru Qoşunlarının qərargahında müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə xidməti müşavirə keçirilib. Müşavirədə müdafiə nazirinin müavini – Quru Qoşunların komandanı general-leytenant Hikmət Mirzəyev, Quru Qoşunlarının idarə və xidmət rəisləri, birlik, birləşmə komandirləri iştirak ediblər.
-
"Azad edilmiş ərazilərdə tarix və mədəniyyət abidələrinin qorunması" təşkilatının sədri Faiq İsmayılov Turan-ın müxbiri ilə söhbətində Avropanın Caucasus Heritage Watch təşkilatına istinadla Şuşadakı erməni kilsəsinin "yer üzündən silindiyini" iddia edən Ermənistan KİV-lərinin iddialarını təkzib edib.
-
Avropa Şurasında Azərbaycan nümayəndə heyətinin AŞPA-ya qayıtması müzakirə olunur. Bu məsələ Avropa Şurası Nazirlər Komitəsində qaldırılıb.
Rəy yaz