Nikolun ardınca Araik çaxnaşmaya düşüb

Bakı/29.10.20/Turan: Cümə axşamı Qarabağ separatçılarının lideri Arik Arutyunyan gözlənilmədən və çaxnaşmaya düşərək bəyanatla çıxış edib.

O, bütün ermənilərə videomüraciətində deyib: “Düşmən buradan cəmi bir neçə kilometr məsafədə, maksimum 5 kilometr məsafədədir və düşmənin ən ümdə vəzifəsi Şuşanı ələ keçirməkdir, Şuşaya sahib olmaqdır. Necə deyərlər, “Şuşaya kim nəzarət edirsə, Arsaxa da o nəzarət edir”.

Ali baş komandan kimi sizi bir daha birləşməyə və Şuşamızı, Arsaxımızı, milli ləyaqətimizi qorumağa çağırıram”, - Araik Arutyunyan bildirib.

Qeyd edək ki, indiyədək bütün səviyyələrdə ermənilər qəti əks-hücuma hazır olduqlarını, Azərbaycanın hücumunun yatırıldığını, ermənilərin hər zaman olduğundan daha böyük ruh yüksəliyində olduğunu iddia edirdilər.

Odur ki, Arutyunyanın bu etirafı, yumşaq desək, üstəlik sifətindəki iyrənc təbəssümü də nəzərə alsaq, qəribə görünür.-02В-

 

Rəy yaz

Siyasət

Taksi sayı azaldılır, bəs köhnə taksiçilər nə ilə dolanacaqlar? – Rauf Ağamirzəyev Çətin sualda



Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti