BQXK döyüşlərdə həlak olmuş kombatantların cəsədlərinin təhvilinə dəstək göstərdi
Cenevrə (BQXK) – Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) Dağlıq Qarabağ münaqişəsinin son gərginləşməsi zamanı aparılan hərbi əməliyyatlarda həlak olmuş kombatantların cəsədlərinin təhvilinə dəstək göstərdi.
Bu gün həyata keçirilmiş əməliyyat tərəflərin razılığı əsasında baş tutdu. Təhvilvermə Azərbaycanla Ermənistan arasındakı dövlət sərhədində keçirildi. BQXK, bu humanitar əməliyyatda neytral vasitəçi qismində çıxış edib.
Bundan əlavə, münaqişə ilə əlaqədar saxlanılmış iki mülki şəxsin təhvili barəsində də razılıq əldə edilmişdi. BQXK-nın köməkliyi ilə bir yaşlı qadın Gürcüstan vasitəsilə Azərbaycandan Ermənistana dünən təhvil verildi. Yaşlı kişinin isə sağlamlıq durumu hələ ki, səyahət etməsinə imkan vermir.
“BQXK, özünün neytral vasitəçi qismində olan çoxillik təcrübəsində hətta ən dəhşətli münaqişələrdə belə tərəflərin, ümumi humanitar məqsədlər, yəni istər hərbi əsirlərin təhvili, yaxud geri qaytarılması, yaralıların təxliyəsi, cəbhə xətti boyunca həyata keçirilən humanitar fəaliyyətlər, istərsə də cəsədlərin təhvili naminə ortaq məxrəcə gələ bildiklərinin şahidi olur” deyə Avrasiya regionu üzrə direktoru Martin Şüepp bildirir.
"Həyat yoldaşını, atasını və ya oğlunu itirmiş ailələrin həyatlarına davam edə bilməsi üçün həlak olmuş şəxslərin dəfni zəruridir”.
Cəsədlərin təhvili prosesi Minsk Qrupunun həmsədrləri və Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi ilə koordinasiya şəraitində həyata keçirilmişdir.
Beynəlxalq humanitar hüququn tələblərinə əsasən münaqişə tərəfləri həlak olmuş şəxslərin cəsədlərini, onların mənsub olduğu tərəfin, yaxud yaxın qohumlarının müraciəti əsasında geri qaytarmaq üçün şərait yaratmağa çalışmalıdır.
BQXK-nın qeyd olunmuş prosesdə iştirakı logistika məsələləri ilə bağlı yardım göstərmək, eləcə də əməliyyatın təhlükəsiz şəraitdə və humanitar prinsiplərə müvafiq həyata keçirilməsində tərəflərə dəstək göstərməkdən ibarət idi.
“Bu cür əməliyyatlar aidiyyəti ailələr üçün olduqca əhəmiyyətlidir. Öz əzizlərinin cəsədlərini ala bilməyən ailələr həm itkinin, həm də qeyri-müəyyənliyin səbəb olduğu ağrı ilə yaşamaq məcburiyyətində qalır. Əzizlərinin olduğu yer və onların taleyindən bixəbər olmaq əsl əzab-əziyyətdir” deyə Şüepp bildirir.
“Ümid edirik ki, ailələr aparılmış əməliyyat nəticəsində müəyyən sonluq əldə biləcək. Onlar, əzizlərini öz adət-ənənələrinə uyğun dəfn edərək onlarla vidalaşa biləcək”.
“Tərəflər bu növ əməliyyatların həyata keçirilməsi barədə qərar verdikdə BQXK bu əməliyyatlarda yenə də iştirak etmək hazırlığını bildirir.”
Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar 1992-ci ildən etibarən regionda fəaliyyət göstərməyə başlayan BQXK, hakimiyyət orqanlarına bu növ əməliyyatların həyata keçirilməsində dəfələrlə köməklik göstərmişdir. BQXK, ehtiyac olarsa, oxşar əməliyyatlara dəstək göstərəcək və itkin düşmüş şəxslərin məsələləri ilə əlaqəli istənilən təşəbbüsləri təşviq etməyə davam edəcək.-0-
-
- Analitika
- 29 Oktyabr 2020 22:13
Siyasət
-
Martın 28-də Bakının Xətai Rayon Məhkəməsi "Toplum" TV-nin hüquqi təsisçisi Ələsgər Məmmədlinin ev dustaqlığına keçirilməsi haqqında vəsatəti təmin etməyib.
-
Martın 28-də ombudsmanın nümayəndələri 1 saylı Bakı İstintaq Təcridxanasında "Abzas Media"nın işi üzrə həbs olunmuş Turan Agentliyinin iqtisadi xəbərlər şöbəsinin redaktoru Hafiz Babalıya baş çəkiblər.
-
Həbsdə olan Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri Qubad İbadoğlu görmə qabiliyyətini sürətlə itirməkdədir.
-
Martın 7-də Moskva vaxtı ilə səhər saat 11:15-də ABŞ hökuməti adi prosedurlara riayət edərək və müəyyən edilmiş kanallarla Rusiyanın təhlükəsizlik xidmətlərinə yazılı xəbərdarlıq təqdim edib. Bu barədə ABŞ Milli Təhlükəsizlik Şurasının üzvü Con Kirbi cümə axşamı Ağ Evdə jurnalistlərə 22 mart tarixində törədilən terror aktından əvvəl Vaşinqtonun "Rusiya hakimiyyətinə Moskvada terror təhlükəsi haqqında dəqiq və ətraflı məlumat" təqdim etməsindən bəhs edərkən bildirib.
Azərbaycanlılar niyə xoşbəxt deyillər? – Samirə Qasımlı Çətin sualda
InvestPro Azerbaijan Baku & Turkiye Istanbul 2024 – two conferences in one shot
Əziz Bakı şəhəri sakini!
Siz də Qlobal İqlim Dəyişmələri ilə mübarizəyə öz töhfənizi verə bilərsiniz
Dear resident of Baku city!
You too can contribute to the fight against Global Climate Change
Дорогой житель города Баку!
Вы тоже можете внести свой вклад в борьбу с глобальным изменением климата
Xəbər lenti
-
- Cəmiyyət,
- 14:02
- 145
Rəy yaz