Açiq mənbələrdən foto.
Azərbaycan SQ-nin bölmələri düşmənin raket-artilleriya anbarını məhv edib
Bakı/30.10.20/Turan: Qarabağ əhalisini sakitləşdirməyə çalışan Ermənistan təbliğatçıları dünən Şuşa yaxınlığındakı partlayışla bağlı guya Azərbaycan diversiyaçılarının döyüş sursatlarının məhv edilməsi haqqında məlumat yayıb. Əslində isə oktyabrın 29-da gecə saatlarında Ermənistan silahlı qüvvələrinin işğal olunmuş ərazimizdəki yeni inşa edilmiş raket-artilleriya silahları anbarı Azərbaycan bölmələri tərəfindən məhv edilib, bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb və Youtube-da müvafiq videonu yerləşdirib.
Oktyabrın 30-da səhər saatlarından etibarən Ermənistan SQ Ermənistanın Gorus rayonu ərazisindən Azərbaycan hərbiçilərinin Qubadlı rayonundakı mövqelərini artilleriya atəşinə tutur. Cavab tədbirləri görülür, deyə ölkənin Müdafiə Nazirliyi məlumat yayıb.
Hərbi idarə həmçinin Ermənistan tərəfin Azərbaycana məxsus PUA-nın məhv edilməsi haqqında məlumatını təkzib edib. -06В-
Siyasət
-
“Meclis.info” saytının rəhbəri İmran Əliyev aprelin 18-də axşam saatlarında Heydər Əliyev adına Beynəlxalq Hava Limanında saxlanılıb. Məlumatı İmran Əliyevin özü verib.
-
Rusiya Ermənistandan aprelin 5-də Brüsseldə ABŞ və Avropa İttifaqı ilə əldə olunmuş "hərbi-siyasi razılaşmalar" haqqında açıqlama gözləyir. Bu barədə aprelin 18-də RF XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.
-
Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Gəncə şəhər təşkilatının fəalı Şahin Hacıyevin qapalı həbsxanaya köçürüldüyü bildirilir.
-
Aprelin 18-də Azərbaycanın Ali Məhkəməsi Almaniyadan deportasiya edildikdən sonra həbs edilmiş fəal Pünhan Kərimlinin kassasiya şikayətini təmin etməyib.
Rəy yaz