Açiq mənbələrdən foto.
Ermənistan SQ-nin sıralarındakı əcnəbi muzdlular barəsində axtarış elan edilib – Baş Prokurorluq
Bakı/30.10.20/Turan: Azərbaycan Baş Prokurorluğu Ermənistan SQ tərəfində Qarabağdakı hərbi əməliyyatlarda iştirak edən 10-a yaxın xarici vətəndaş barəsində axtarış elan edib.
Bu barədə oktyabrın 30-da keçirilən brifinqdə Azərbaycanın baş prokuroru Kamran Əliyev bildirib. Bu muzdlular arasında bir neçə erməni əsilli Fransa vətəndaşı, habelə yenə erməni əsilli ABŞ, Yunanıstan, Gürcüstan, Livan, Suriya vətəndaşları və bir Belarus vətəndaşı var.
Azərbaycanda akkreditə olunmuş xarici diplomatlar və hərbi attaşelər üçün brifinqdə konkret şəxslərin döyüş əməliyyatlarında iştirak etdiyini təsdiq edən fotosənədlər təqdim edilib.
“Bu faktlarla bağlı Azərbaycan CM-in müvafiq maddələri ilə cinayət işləri açılıb, yuxarıda adı çəkilən ölkələrə qarşılıqlı hüquqi yardım sazişləri çərçivəsində sorğular göndərilib”, deyə Kamran Əliyev qeyd edib. -02B-
Siyasət
-
Azərbaycan Ombudsmanı yanında Milli Preventiv Qrupun üzvləri 1 saylı Bakı İstintaq Təcridxanasında jurnalistlərə və fəallara baş çəkiblər, xəbəri insan hüquqları müvəkkilinin aparatının mətbuat xidməti yayıb.
-
İsrail Xarici İşlər Nazirliyinin Qüdsdə siyasət məsələləri üzrə direktoru Aliza Bin Nun Azərbaycan XİN-də və Prezident Administrasiyasında danışıqlar aparıb.
-
Hüquq Müdafiəçilərinin Müdafiəsi üzrə Beynəlxalq Observatoriya Azərbaycanda Anar Məmmədlini və digər siyasi məhbusları azad etməyə çağırıb.
-
Mayın 8-də Bakının Xətai Rayon Məhkəməsi seçkilər sahəsində məşhur hüquq müdafiəçisi Anar Məmmədlinin ev dustaqlığına keçirilməsi haqqında vəsatəti təmin etməyib. Bu barədə Turan-a onun vəkili Elmar Süleymanov bildirib. Vəkil qeyd edib ki, müdafiə tərəfi A.Məmmədlinin həbsi üçün heç bir əsas yoxdur.
Rəy yaz