Açiq mənbələrdən foto.
Cenevrədə ATƏT MQ həmsədrlərinin iştirakı ilə Azərbaycan və Ermənistan XİN başçılarının görüşü
Bakı/30.10.20/Turan: Cümə günü günün ikinci yarısında Cenevrədə ATƏT-in Minsk Qrupunun həmsədrlərinin Ermənistan XİN başçısı Zograb Mnatsakanyan və Azərbaycan XİN başçısı Ceyhun Bayramovla görüşü başlayıb.
Əvvəlcə vasitəçilər hər bir nazirlə ayrılıqda görüş keçirib, daha sonra ümumi görüş başlayıb.
Mnatsakanyana döyüş əməliyyatlarının dayandırılması müqabilində Azərbaycanın Laçın, Kəlbəcər və Ağdamın azad edilməsi tələblərini yerinə yetirmək təklif olunacağı gözlənilir, amma onun razılıq verəcəyinə inanmaq çətindir.
Bir müddət əvvəl dövlət başçısı İlham Əliyev də bu görüşün yekunları ilə bağlı bədbinliyini ifadə edib. -02B-
Siyasət
-
Avropa Parlamenti tərəfindən qəbul edilən qətnamə əsassızdır və Azərbaycanda insan hüquqları ilə bağlı vəziyyəti açıq şəkildə təhrif edir.
-
Xocavənd rayonunun Güney Xırman kəndi ərazisindəki tikilinin içərisindən külli miqdarda sılah-sursat aşkar edilərək götürülülb.
-
Aprelin 26-da Ağdamda yerləşən Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi fəaliyyətini dayandırıb. Turan-ın məlumatına görə, bağlanış mərasimində Azərbaycan Ordusunun Baş Qərargah rəisi Kərim Vəliyev, Türkiyə və Rusiya səfirləri iştirak ediblər.
-
Qazaxıstan tərəfin təklifi ilə Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin mümkün görüşü haqqında razılaşma əldə olunan kimi Ermənistan XİN görüşün tarixi haqqında məlumat verəcək. Bu barədə Ermənistan XİN-in mətbuat katibi Ani Badalyan bildirib.
Rəy yaz