Levon Ter-Petrosyan və Robert Köçəryan Moskvaya yalvarmağa hazırlaşırlar
Bakı/30.10.20 / Turan: Baş nazir Nikol Paşinyan Ermənistanın keçmiş prezidentləri Levon Ter-Petrosyan və Robert Köçəryan "Rusiya elitasının nümayəndələri ilə Dağlıq Qarabağ ətrafındakı vəziyyəti müzakirə etmək" üçün Moskvaya səfər etmələrinə razılıq verib. Bu barədə Baş nazirin mətbuat katibi Mane Gevorgyan bildirib.
O, bu ideyanın Qarabağ separatçılarının keçmiş liderləri Qukasyan və Sahakyan tərəfindən təklif olunduğunu söyləyib.
“Əldə etdiyimiz məlumata görə, sabiq prezidentlər hələ Ermənistanı tərk etməyiblər. Hər halda, Baş nazir və hökumət mövcud vəziyyətin həlli üçün təkliflərə açıqdır və bu təklifləri müzakirə etməkdən heç vaxt imtina etməyib "deyə Gevorgyan bildirib.-0-
-
- Siyasət
- 30 Oktyabr 2020 17:45
-
- Aktual Reportaj
- 30 Oktyabr 2020 21:03
Siyasət
-
Sosial Hüquqlar Mərkəzinin əməkdaşı Ayşən Muradova bu gün Bakı şəhər Baş Polis İdarəsinə çağırılıb. Muradova jurnalistlərə deyib ki, o, “Abzas Media” işi üzrə 2,5 saat ərzində şahid qismində dindirilib.
-
Türkiyə prezidenti Erdoğan Osmanlı İmperiyasında 1915-ci il hadisələrinin ildönümü ilə əlaqədar Türkiyə ermənilərinin Patriarxı Saak Maşalyana məktub göndərib.
-
Aprelin 23-də Beynəlxalq Güləş İttifaqı (UWW) İntizam Palatasının şəxsində 2024-cü ilin mart ayında Bakıda Avropa təsnifatı çərçivəsində Frank Çamizo (İtaliya) və Turan Bayramov (Azərbaycan) arasında yarımfinal görüşü zamanı pozuntulara görə arbitrləri hakimlik hüququndan məhrum edib. Bu barədə UWW-nin press-relizində deyilir.
-
Mülki xəstəxanada müyinələrdən sonra həkimlər Qubad İbadoğluna müalicə ilə yanaşı, bir müddət sakit, qeyri-əsəbi mühitdə dincəlməyi tövsiyə ediblər.
Rəy yaz