Шведские миротворцы в африканском Мали
Trampın milli təhlükəsizlik üzrə müşaviri Qarabağda skandinaviyalı sülhməramlıların yerləşdirilməsindən danışıb
Bakı/31.10.20/Turan: ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Robert O'Brayen dünən Los-Ancelesin erməni icması ilə görüşündə gözlənilmədən bəyan edib ki, ABŞ “Qarabağda Skandinaviya sülhməramlıları”nın yerləşdirilməsi barədə razılığa gəlmək istəyir. Bu barədə BBC bildirir.
“Biz hesab edirik ki, hər iki tərəf Skandinaviya sülhməramlılarının yerləşdirilməsilə razılaşmalıdır və biz regionda yerləşə və barışığa dəstək ola biləcək sülhməramlı qüvvələrin yaradılması ilə bağlı Skandinaviya hökumətləri ilə işləyirik”, - Robert O'Brayen deyib. Onun çıxışını HorizonArmenian TV erməni kanalı Facebook-da dərc edib.
Hələlik nə müharibə tərəflərindən, nə beynəlxalq vasitəçilərdən, nə də Skandinaviya ölkələrindən şərh yoxdur.
Hələlik Azərbaycan sülhməramlıların yeridilməsinə razı deyil, bu məsələdə həlledici söz onundur, çünki beynəlxalq tanınmış ərazilərində müharibə gedir.
Üç gündən sonra ABŞ-da prezident seçkiləri keçiriləcək. ABŞ-da erməni əslli seçicilər kifayət qədər çoxdur.—0-
-
- Aktual Reportaj
- 31 Oktyabr 2020 19:14
-
- Siyasət
- 31 Oktyabr 2020 19:22
Siyasət
-
Azərbaycan prezidentinin köməkçisi Hikmət Hacıyev ABŞ-da səfərdədir. Bu barədə Azərbaycanın ABŞ-dakı səfirliyi X platformasında məlumat yayıb.
-
Belarus prezidenti Aleksandr Lukaşenko Azərbaycana dövlət səfəri çərçivəsində mayın 17-də səhər öz təyyarəsilə Füzuliyə gedib.
-
Azərbaycanın İrandakı səfirliyinin işinin bərpası istiqamətində tədbirlər görülür. Səfirliyin yeni məkanda fəaliyyətinin bərpa edilməsi planlaşdırılır. Bu barədə Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə KİV-in sorğusuna cavabında bildirib.
-
Mayın 15-də Azərbaycan Xalq Cəbhəsi Partiyasının fəalı Elxan Əliyev Umbaki təcridxanasıda quru aclıq aksiyası elan edib.
Rəy yaz