Tofiq Yaqublu. Açiq mənbələrdən foto.
Tofiq Yaqublunun şikayəti üzrə məhkəmə baxışı başlayıb
Bakı/12.11.20/Turan: Noyabrın 12-də hakim Elmar Rəhimovun sədrliyi ilə Bakı Apellyasiya Məhkəməsində Müsavat Partiyasının və Milli Şuranın funksioneri Tofiq Yaqublunun barəsində Nizami Rayon Məhkəməsinin hökmündən verilən şikayət üzrə baxış başlayıb.
Məhkəmə baxışı dekabrın 3-dək təxirə salınıb.
Koronavirus pandemiyası səbəbindən jurnalistlər məhkəmə zalına buraxılmayıb.
T. Yaqublu bildirib ki, siyasi sifariş hələ olmadığından məhkəmə baxışını uzadırlar.
“Məhkəmədə prosessual pozuntu baş verdi. Bu gün məhkəmə bitməli idi. Məni də dinlədilər. Məhkəmə dekabrın 3-dək təxirə salındı. Mənə elə gəlir ki, müharibə olduğundan hələ siyasi tövsiyə almaq mümkün olmayıb. Dəqiq göstəriş olmadığı üçün indi yaranmış yeni situasiyada bir qərar çıxarmaq əminlıkləri yoxdur. Ona görə ertələdilər ki, yuxarıdan bir göstəriş alıb, ona uyğun qərar qəbul etsinlər”,- o qeyd edib.
Sentyabrın 3-də hakim Nəriman Mehdiyevin sədrliyi ilə Nizami Rayon Məhkəməsi prezident İlham Əliyevin sərt tənqidçilərindən olan Tofiq Yaqublunun 4 il 3 ay həbsə məhkum edilməsi barədə hökm çıxarıb.
Bu il martın 22-də Tofiq Yaqublunun park edilmiş avtomobilini başqa avtomobil vurub. Buna baxmayaraq, Bakının Nizami Rayon Polis İdarəsində T.Yaqubluya qarşı cinayət işi qaldırılıb.
Sentyabrın 2-də T. Yaqublu son sözündə məhkəmə və hakimiyyəti ittihamı saxtalaşdırmaqda və siyasi sifarişdə ittiham edib. O, məhkəmədə həbsinə etiraz olaraq aclıq aksiyasına başladığını elan edib.
17 gün aclıqdan sonra, sentyabrın 18-də hakim Elmar Rəhimovun sədrliyi ilə Bakı Apellyasiya Məhkəməsi Nizami Rayon Məhkəməsinin T. Yaqublunun barəsində həbs qətimkan tədbiri haqda qərarının ev dustaqlığı ilə əvəz edilməsi barədə vəkillərin vəsatətini təmin edib. Tofiq Yaqublu məhkəmə zalında sərbəst buraxılıb.-03-
-
- Maliyyə
- 12 Noyabr 2020 17:24
-
- Aktual Reportaj
- 12 Noyabr 2020 21:13
Cəmiyyət
-
Mayın 20-də polis 46 kiloqram qanunsuz narkotik maddəni dövriyyədən çıxarıb.
-
Ölkənin ən böyük özəl telekommunikasiya şirkəti Bakcell, Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin (MTK) şagirdləri ilə dinamik panel müzakirəsi keçirib. "Təhsildə innovasiya və süni intellektin rolu" adlı paneldə Bakcell-in Baş İcraçı Direktoru Klaus Müller, MTK-nın Baş İcraçı Direktoru Aygün Mikayılova və məktəbin şagirdləri iştirak edib. Tədbirin mövzusuna uyğun olaraq, müasir təhsildə innovasiya və yüksək texnologiyaların rolu barədə maraqlı mövzular haqqında danışılıb.
-
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi 2023-cü il üçün illik hesabatını dərc edib. Sənəd ölkədə məişət zorakılığı ilə bağlı vəziyyətə işıq salır. Məruzədə əvvəlki illə müqayisədə qeydiyyata alınan halların sayının bir qədər azaldığı qeyd edilsə də, bu cür hadisələrin yayılma səviyyəsi və nəticələri ilə bağlı narahatlıqlar davam edir.
-
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi bildirib ki, müvəqqəti sxemə əsasən, E1 və 125 nömrəli avtobus marşrutlarının hərəkəti alternativ küçələrlə həyata keçirilir.
Rəy yaz