Əfqan Sadıqov. Açiq mənbələrdən foto.

Əfqan Sadıqov. Açiq mənbələrdən foto.

Bakı/18.11.20/Turan:  Azel.Tv saytının rəhbəri Əfqan Sadıqov ötən gün axşam

Kürdəxanı təcridxanasının tibb məntəqəsinə yerləşdirilib. Bu  barədə onun xanımı Sevinc Sadıqova bildirib.

Onun sözlərinə görə, bu gün aclıq aksiyasının 15-ci günündə onun təzyiqi 80/50-ə enib, böyrəklərdə kreatinin səviyyəsi yüksəlib.

"Bu gün həkim ona baxdı, amma Əfqan ona qidalandırıcı vasitələr tətbiq etməyə icazə vermir. Ümumi vəziyyəti pisdir. Aclıq aksiyasının 20-ci günü (beş gündən sonra) sudan da imtina edəcək", - S.Sadıqova deyib.

* Əfqan Sadıqov bu ilin may ayında hədə-qorxu yolu ilə tələb etmək ittihamı ilə həbs edilib. Noyabrın 3-də məhkəmə onu yeddi il müddətinə azadlıqdan məhrum edib.

Noyabrın 4-dən  hökmə etiraz olaraq aclıq elan edib.—06D-

 

Rəy yaz

Cəmiyyət

Taksi sayı azaldılır, bəs köhnə taksiçilər nə ilə dolanacaqlar? – Rauf Ağamirzəyev Çətin sualda



Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti