koronavirusinfo.az

koronavirusinfo.az

Bakı/27.11.20/Turan: Azərbaycanda COVİD-19-a 3712 yeni yoluxma faktı qeydə alınıb, 1359 nəfər sağalıb, 35 nəfər vəfat edib. Bu barədə cümə günü Azərbaycan Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. 

Yoluxanların ümumi sayı 109 813 nəfərə çatıb, bunun 69 931 nəfəri sağalıb, 1291 nəfəri vəfat edib, 38 591 aktiv xəstənin müalicəsi davam etdirilir. 

Azərbaycanda son sutka ərzində 16 402, ümumilikdə isə 1 682 234 koronavirus testi aparılıb. 

Gündəlik yoluxma və ölüm sayı göstəricisində bugünki artım Azərbaycanda yeni antirekorddur. -06D-

 

Rəy yaz

Cəmiyyət

Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti