Açiq mənbələrdən foto.

Açiq mənbələrdən foto.

Bakı/09.11.20/Turan: Noyabrın 9-da Ermənistan tərəfi Şuşa tərəfdən Xankəndinə hücum edən Azərbaycan SQ-dən müdafiə olunduğunu bildirib. Bu barədə Qarabağ separatçılarının lideri Araik Arutyunyan öz Tvitter hesabında yazıb.

O etiraf edib ki, erməni hərbiçiləri “artıq bir sutkadan çoxdur düşmənin Şuşa tərəfdən Stepanakertə hücumlarını rəf edir”.

Eyni zamanda, Ermənistan Müdafiə Nazirliyi hamını döyüşlərin Şuşada getdiyinə inandırmağa çalışır. Amma sosial şəbəkələrdə yayılan məlumatlardan aydın olur ki, ermənilərin Xankəndi-Şuşa yolundan Şuşaya daxil olmaq cəhdləri uğursuzluqla nəticələnir.

Öz növbəsində, Azərbaycan Müdafiə Nazirliyi bir daha təsdiq edib ki, Şuşa Azərbaycan SQ-nin tam nəzarəti altındadır. Bu gün Şuşa-Laçın yolunda ermənilərin Azərbaycan birləşmələrinə hücum etməyə cəhd edən bir tankı və bir PDM-i məhv edilib.

Eyni zamanda, Şuşa ətrafındakı kəndlərdə və Xankəndi ətrafında, xüsusən Şuşakənddə döyüşlər getdiyi bildirilir. -02D-

 

Rəy yaz

Siyasət

Taksi sayı azaldılır, bəs köhnə taksiçilər nə ilə dolanacaqlar? – Rauf Ağamirzəyev Çətin sualda



Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti