Paşinyan və Tonoyan Rusiyanın erməniləri tamamilə məhv olmaqdan xilas etdiyini etiraf ediblər
Bakı/11.11.20/Turan: Ermənistanın baş naziri Nikol Paşinyan bu gün bildirib ki, Rusiya və Azərbaycan prezidentləri ilə Qarabağ müharibəsinin dayandırılması haqqında sazişi kollapsdan qaçmaq üçün imzalayıb.
“Stepanakert müdafiəsiz qaldı, hərbi əməliyyatlar davam etdirildiyi təqdirdə isə Stepanakert, Martuni, Əskəranın ələ keçirilməsi ehtimalı var idi. Bundan sonra bizim müdafiə xətlərimiz yeddinci xəttə qədər mühasirəyə düşə bilərdi və minlərlə hərbiçi mühasirədə qalardı, həlak olardı və nəticədə tamamilə kollaps baş verərdi. Məhz bu qiymətləndirmə əsasında belə bir qərar qəbul edilib”, deyə Paşinyan Facebook səhifəsində canlı yayında bildirib.
Öz növbəsində, Ermənistanın müdafiə naziri David Tonoyan İctimai TV efirində bildirib ki, Rusiya sülhməramlılarının yerləşdirilməsi ilə müharibəyə son qoyulması ən yaxşı variantdır.
“Rusiya sülhməramlılarının yerləşdirilməsi cəhətdən bu, yaranmış şəraitdə ən yaxşı variantdır. Rusiyaya bu yardımına görə təşəkkür edirik”.
“Silahlı qüvvələr, Müdafiə Nazirliyi və Baş Qərargah müntəzəm olaraq dövlət başçısına operativ vəziyyət haqqında məlumat verirdilər və bu qərar çox ciddi təhlil nəticəsində qəbul edilib. Şuşa ətrafındakı hadisələr çox dinamik idi. Məsələn, elə hallar olub ki, mətbuat katibimiz bir vəziyyəti təqdim edib, həmin vaxt isə bu vəziyyət dəyişib.
Şəhər mühasirəyə alınıb, amma qəhrəmancasına mübarizə davam etdirilib. Bəzi vaxtlarda bizim üstünlüyümüz olub”, deyə Tonoyan bildirib.
“Arxa təminata gəlincə, mümkün olmayan şey edilib, amma səfərbərlik resursu kifayət olmayıb. Biz total blokada vəziyyətində hərəkət etmişik”, deyə nazir bildirib.
Cəmiyyətə bu barədə məlumat verilməməsinin səbəbləri haqqında suala cavabda nazir deyib: “Biz vəziyyəti çox doğru şəkildə təqdim edirdik, amma bəzən düşməni də yanıltmaq lazım olurdu”.
“Qarabağ müharibəsinin dayandırılması haqqında sazişin satqınlıq və ya məğlubiyyət olması haqqında bəyanatları təhqiredici hesab edirəm, belə ki, SQ, bütün Müdafiə Nazirliyi sistemi, hökumət maksimum mümkün olanı edib”.
Onun sözlərinə görə, əlverişsiz geosiyasi vəziyyət yaranıb, Ermənistan tərəfi silah və texnika göndərilməsinə total blokada şəraitində hərəkət edib.
“Çox böyük qüvvəyə - Azərbaycanın həddindən artıq silahlanmış ordusuna qarşı mübarizə aparırdıq. Məndən soruşa bilərlər, niyə siz silahlanmamışdınız? Biz də silahlanmışdıq, amma kəmiyyət və resurs nöqteyi-nəzərdən imkanlar bir-birinə uyğun deyildi”, deyə nazir bildirib. -02D-
Siyasət
-
Bu gün “Toplum” İnternet televiziyasının əməkdaşı Cavid Ramazanov Bakı Şəhər Baş Polis İdarəsinə aparılıb.
-
Milli Məclisin sədri Sahibə Qafarova Monteneqroya rəsmi səfəri çərçivəsində bu ölkənin prezidenti Yakov Milatoviç ilə görüşüb.
-
Cümə günü ABŞ qanunvericilərinin ikipartiyalı qrupu insan hüquqlarının pozulmasına, o cümlədən siyasi müxalifətə zorakı repressiyalara görə Azərbaycanın yüksək vəzifəli məmurlarına qarşı sanksiyaların tətbiqini nəzərdə tutan qanun layihəsini təqdim edib, Turan-ın Vaşinqton müxbiri bildirib.
-
Cümə günü Janna Şahin və Cim Rişin rəhbərliyilə bir qrup amerikalı senator (12 həmkar) Gürcüstanın baş nazirinə məktub göndərib. Onlar öz maliyyələşməsinin 20 faizdən çoxunu xarici donorlardan aldığı təqdirdə qeyri-hökumət təşkilatlarını və müstəqil KİV-i "xarici agent" kimi qeydiyyatdan keçməyə məcbur edəcək qanun layihəsindən çox narahat olduqlarını bildiriblər. Turan-ın Vaşinqton müxbiri məumat verib.
Rəy yaz