Son yenilənmə

(3 saat əvvəl)
Açiq mənbələrdən foto.

Açiq mənbələrdən foto.

Bakı/11.11.20/Turan: Dağlıq Qarabağda Rusiya və Türkiyənin birgə sülhməramlı missiyasının iştirakı mümkünlüyü heç vaxt müzakirə olunmayıb. Kremlin rəsmi nümayəndəsi Türkiyə prezidenti Recep Tayyip Erdoğanın birgə monitorinq mərkəzi haqqında dediklərinə bu cür etiraz edib, xəbəri noyabrın 11-də RİA Novosti yayıb.

“Birgə sülhməramlı qüvvələr haqqında söhbət getməyib, bu, heç vaxt müzakirə olunmayıb. Qarşılıqlı fəaliyyət sahəsi Azərbaycan ərazisində olacaq. Bu, Qarabağ olmayacaq. Söhbət monitorinq mərkəzindən gedir”, deyə o bildirib.

Dünən Rusiya XİN artıq Dağlıq Qarabağda sülhməramlı missiyada Türkiyə hərbiçilərinin iştirakını təkzib edib. Bu arada, bir müddət əvvəl Azərbaycan prezidenti İlham Əliyev Dağlıq Qarabağda Rusiya və Türkiyənin birgə sülhməramlı missiyasının fəaliyyət göstərəcəyini bəyan edib.

Türkiyə Prezident Aparatının ictimaiyyətlə əlaqələr İdarəsi Türkiyə və Rusiya prezidentlərinin noyabrın 10-da baş tutmuş telefon söhbəti haqqında məlumat yayıb. Məlumatda deyilirdi ki, “prezident Erdoğan qeyd edib ki, Türkiyə Rusiya ilə birlikdə Ermənistan işğalından azad edilmiş ərazidə formalaşdırılacaq Birgə Mərkəz vasitəsilə atəşkəs rejiminə riayət olunmasına nəzarət edəcək”. -0-

 

Rəy yaz

Siyasət

Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti