Qarabağda Rusiya sülhməramlılarının yerləşdirilməsi xəritəsi dərc edilib

Bakı/11.11.20/Turan: Rusiya Müdafiə Nazirliyi RİA Novosti-yə Dağlıq Qarabağda Rusiya sülhməramlılarının yerləşdirilməsi xəritəsini təqdim edib.

Dünən Rusiya hərbiçiləri Ermənistana gəlməyə başlayıblar. Onların bir hissəsi artıq təyinat bölgəsinə yola düşüb. Gedib çatdıqdan sonra onlar təmas xətti və Laçın dəhlizi boyunca 16 müşahidə məntəqəsi quracaqlar.

Rusiya ordusunun Baş Qərargahının Baş Əməliyyat İdarəsinin rəisi Sergey Rudskoy bildirib ki, Rusiya hərbiçiləri zirehli nəqliyyat vasitələri və “Tiqr” və “Tayfun” zirehli avtomobilləri ilə təchiz edilib.

“Sülhyaratma əməliyyatının həyata keçirildiyi bölgədə hərbi polis birləşmələri də tapşırıqları həyata keçirəcəklər... Onlara tərəflərin təmas xətti boyunca patrul çəkmək, qafilələri və yükləri müşaiyət etmək tapşırılıb”, deyə o bildirib.

“Baş Qərargah Rusiya hərbi qulluqçularının təhlükəsizliyinin təmin edilməsi üçün bütün zəruri tədbirləri planlaşdırıb. Sülhyaratma kontingentinin şəxsi heyəti üzərinə qoyulmuş tapşırıqların bütün məsuliyyətini dərk edir və əldə edilmiş razılaşmalara tam uyğun olaraq yerinə yetirməyə hazırdır”, deyə o bildirib. -0-

 

Rəy yaz

Siyasət

Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti