Açiq mənbələrdən foto.

Açiq mənbələrdən foto.

Баку/12.11.20/Turan: Noyabrın 12-də  Azərbaycanda dövlət bayramı - Konstitusiya Günü qeyd olunur. 1995-ci ilin bu günündə ümumxalq referendumunda ölkənin əsas qanunu qəbul edilib.

Azərbaycan Konstitusiyası 5 bölmə, 12 fəsil və 158 maddədən ibarətdir. Konstitusiyaya ilk əlavələr və dəyişikliklər 2002-ci il  avqustun 24-də edilib. Həmçinin 18 mart 2009-cu il və 26 sentyabr 2016-cı il referendumlarından sonra ölkənin əsas qanununa əlavələr və dəyişikliklər edilib.

30 avqust 1991-ci ildə Azərbaycan Ali Soveti dövlət müstəqilliyinin bərpa edilməsi haqqında bəyannamə qəbul edib. “Lakin bu sənəd müstəqillik üçün lazımi hüquqi əsas yaratmayıb, çünki həmin ilin martında SSRİ-nin saxlanılması haqqında da referendum keçirilib.

Azərbaycanda onun nəticələri təhrif edilib və guya xalq respublikanın SSRİ tərkibində qalmasına səs verib. Ona görə də müstəqilliyin elan olunması üçün xalqın iradəsinə əsaslanan aktı qəbul etmək lazım idi”, - vəkil Fuad Ağayev bildirib.

1991-ci ilin avqustunda qiyam baş tutmadıqdan sonra Azərbaycan da digər respublikalar kimi öz müstəqilliyini elan edib. O vaxt parlamentə müstəqillik haqqında iki qanun layihəsi təqdim edilib. Biri Şahin Əliyevin rəhbərliyi ilə hakimiyyət tərəfindən, digəri isə Milli İstiqlal Partiyasının lideri Etibar Məmmədov və hüquqşünas Fuad Ağayevin rəhbərliyilə hazırlanıb. Parlament hər iki variantdan istifadə edərək müstəqillik haqqında Konstitusiya Aktı layihəsinin hazırlanmasını tövsiyə edib. Parlament Konstitusiya Aktını qəbul etdikdən sonra o, referendumda təqdir edilib”, - hüquqşünas F. Ağayev açıqlama verib.

O, Turan-la söhbətində Azərbaycan Konstitusiyasının dövlət tərəfindən icrasını qiymətləndirib. F. Ağayev hesab edir ki, bəzi vacib məsələlərdə əsas qanunun mətni abstraktdır və bu, hakimiyyətə qanunları pozaraq manipulyasiya etməyə imkan verir.

Azərbaycan Konstitusiyası ölkə ərazisində başqa dövlətin hərbi bazasının yerləşdirilməsini qadağan edir. Bundan əlavə, 2011-ci ilin mayından ölkə dünyanın 120 dövlətini hərbi bloklarda iştirak etməmək prinsipləri əsasında birləşdirən beynəlxalq təşkilatın - Qoşulmama Hərəkatının üzvüdür.

Lakin 2020-ci il noyabrın 10-da Azərbaycan prezidenti Rusiya ilə Qarabağda 1950 əsgər və zabitdən ibarət Rusiya hərbi-sülhməramlı kontingentinin yerləşdirilməsinə dair saziş imzalayıb.

Azərbaycan dövləti tərəfindən Konstitusiyanın pozulmasından danışmaq olarmı?

Hüquq müdafiəçisi Anar Məmmədli Turan ilə söhbətində vətəndaşların azadlıqlarının reallaşması, məhkəmələrin ədalətliliyi, mülkiyyət hüququ hissəsində əsas qanunun mütəmadi olaraq pozulmasına diqqəti çəkib. Azərbaycan Konstitusiyası Avropa qanunvericilik normalarına uyğundur, lakin dövlət əsas qanunu pozur və cəmiyyət buna mane ola bilmir. Konstitusiyanın dövlət tərəfindən pozulmasından müdafiə mexanizmləri aydın deyil. Milli Məclis və Konstitusiya Məhkəməsi Azərbaycanda Konstitusiyanın müdafiəçiləri olmadılar”, - A.Məmmədli hesab edir.

O 10 noyabr 2020-ci il tarixində Azərbaycana Rusiya ordusunun təxminən iki minlik kontingentinin gətirilməsini misal çəkib, halbuki, Konstitusiyanın 9-cu maddəsi ölkədə xarici hərbi bazaların yaradılmasını qadağan edir.

“Rusiyalı hərbçilərin girişinə icazə vermədən öncə mərkəzi hakimiyyət tərəfindən həmin qüvvələrin statusu və mandatı aydınlaşdırılmalı, Milli Məclisdə müzakirə olunmalı və icazə alınmalı idi. Amma bu, olmadı”, - ekspert bildirib.

Milli Məclisin deputatı Asim Mollazadə mövcud Konstitusiyada çatışmazlıq görmür və hesab edir ki, o, işlək dövlət institutlarına tam uyğundur. Əsas qanunun mətninə əlavə və dəyişikliklərin edilməsinə ehtiyac yoxdur, - o, Turan-a bildirib.

O, dövlətin effektivliyini Azərbaycan Ordusunun Ermənistan üzərində qələbəsinin timsalında nümayiş etdirdi. Bizim ordu işğal edilmiş ərazilərlə bağlı  BMT TŞ-nin qətnamələrini və ATƏT-in qərarlarını həyata keçirdi. Azərbaycan Ordusu Ermənistanı sülhə məcbur etdi. Qarabağda ərazilərin azad edilməsi baxımından Konstitusiyada nəyisə dəyişməyə ehtiyac yoxdur. Qarabağda dinc həyatın bərpa edilməsinin sonrakı mərhələləri də ordumuzun iştirakı ilə həll olunacaq.

Azərbaycanda Rusiya sülhməramlılarının olmasına gəlincə, bu, məhdud sayda hərbi kontingentdir, onun Azərbaycanda qalma müddəti dəqiq müəyyən edilib və  ölkənin iradəsindən asılıdır, onu xarici baza hesab etmək olmaz. Rusiya hərbçiləri Azərbaycan vətəndaşlarının hüquqlarını və ölkənin ərazi bütövlüyünü pozmayacaqlar, o cümlədən həm də ona görə ki, bu qüvvələrin fəaliyyəti İnformasiya Mərkəzində türk hərbçilərin iştirakı ilə müşahidə ediləcək, - deputat A. Mollazadə qeyd edib.

“Rusiya hərbi kontingentinin Qarabağda olması Azərbaycan üçün faydalıdır. Belə ki, Yerevanda son hadisələr təkcə Ermənistanda yox, həm də Qarabağda vəziyyətin gərginləşəcəyi ehtimalının yüksək olduğunu göstərir.  Ermənilərin hakimiyyət orqanlarına, hərbçilərə hücumları mümkündür və buna görə də rus sülhməramlılarının olması regionda dinc həyatın əleyhdarlarına sakitləşdirici təsir göstərəcək”, - deputat əlavə edib.

Milli Məclisin deputatı Asim Mollazadə mövcud Konstitusiyada çatışmazlıq görmür və hesab edir ki, o, işlək dövlət institutlarına tam uyğundur. Əsas qanunun mətninə əlavə və dəyişikliklərin edilməsinə ehtiyac yoxdur, - o, Turan-a bildirib.

O, dövlətin effektivliyini Azərbaycan Ordusunun Ermənistan üzərində qələbəsinin timsalında nümayiş etdirdi. Bizim ordu işğal edilmiş ərazilərlə bağlı  BMT TŞ-nin qətnamələrini və ATƏT-in qərarlarını həyata keçirdi. Azərbaycan Ordusu Ermənistanı sülhə məcbur etdi. Qarabağda ərazilərin azad edilməsi baxımından Konstitusiyada nəyisə dəyişməyə ehtiyac yoxdur. Qarabağda dinc həyatın bərpa edilməsinin sonrakı mərhələləri də ordumuzun iştirakı ilə həll olunacaq.

Azərbaycanda Rusiya sülhməramlılarının olmasına gəlincə, bu, məhdud sayda hərbi kontingentdir, onun Azərbaycanda qalma müddəti dəqiq müəyyən edilib və  ölkənin iradəsindən asılıdır, onu xarici baza hesab etmək olmaz. Rusiya hərbçiləri Azərbaycan vətəndaşlarının hüquqlarını və ölkənin ərazi bütövlüyünü pozmayacaqlar, o cümlədən həm də ona görə ki, bu qüvvələrin fəaliyyəti İnformasiya Mərkəzində türk hərbçilərin iştirakı ilə müşahidə ediləcək, - deputat A. Mollazadə qeyd edib.

“Rusiya hərbi kontingentinin Qarabağda olması Azərbaycan üçün faydalıdır. Belə ki, Yerevanda son hadisələr təkcə Ermənistanda yox, həm də Qarabağda vəziyyətin gərginləşəcəyi ehtimalının yüksək olduğunu göstərir.  Ermənilərin hakimiyyət orqanlarına, hərbçilərə hücumları mümkündür və buna görə də rus sülhməramlılarının olması regionda dinc həyatın əleyhdarlarına sakitləşdirici təsir göstərəcək”, - deputat əlavə edib.—0—

 

Rəy yaz

Siyasət

Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti