Azərbaycan Silahlı Qüvvələri Kəlbəcərə girməyə hazırdır

Bakı/15.11.20/Turan: Azərbaycan Silahlı Qüvvələri azad edilmiş Kəlbəcər bölgəsinin ərazisinə daxil olmağa hazırdır. Bunu Azərbaycan Müdafiə Nazirliyinin Beynəlxalq Əməkdaşlıq İdarəsinin rəisi Hüseyn Mahmudov noyabrın 15-də keçirdiyi brifinqdə deyib.

Onun sözlərinə görə, Azərbaycan ordusunun nəzarətinə keçən bölgənin əraziləri artıq minalardan təmizlənib. Kəlbəcərə giriş Göygöl və Daşkəsən bölgələri tərəfdən iki istiqamətdə olacaq. İlk növbədə, Azərbaycan bölmələri Ermənistanla dövlət sərhədi boyunca mövqelərdə yerlaşəcəklər.

Sonra rus sülhməramlılarının yerləşdiyi yerə bitişik mövqelər tutacaqlar. -02D-

 

Rəy yaz

Siyasət

Taksi sayı azaldılır, bəs köhnə taksiçilər nə ilə dolanacaqlar? – Rauf Ağamirzəyev Çətin sualda



Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti