Açiq mənbələrdən foto.

Açiq mənbələrdən foto.

Bakı/18.11.20/Turan:  Azərbaycan Ermənistan-Azərbaycan münaqişəsinin həllilə bağlı Rusiya tərəfinin səylərini yüksək qiymətləndirir. RFprezidenti Vladimir Putinin "Rossiya-24" telekanalına dünənki müsahibəsini Azərbaycan XİN-də belə şərh ediblər.

Rusiya BMT Təhlükəsizlik Şurasının daimi üzvü  və ATƏT-in Minsk Qrupunun üç həmsədr dövləti arasından bölgəmizə birbaşa həmsərhəd olan və onunla çoxillik tarixi əlaqələri olan yeganə ölkədir. Bu, Rusiyanın Cənubi Qafqazda təhlükəsizliyin, sabitliyin və sülhün möhkəmləndirilməsində birbaşa marağını izah edir.

Azərbaycan XİN mətbuat xidmətinin qeyd etdiyi kimi, Putini müsahibəsində 9 noyabr tarixli sazişin əldə olunmasında Rusiya prezidentinin vasitəçiliyin mühüm rol oynadığından kifayət qədər ətraflı söhbət açılıb.

“Rusiya prezidentinin şəxsi rolu, bu il 9 noyabr tarixli üçtərəfli bəyanatın altındakı imzası onun sülh prosesinə son dərəcə əhəmiyyətli töhfəsini və bu prosesin geri dönməzliyinə bir zəmanətdir”, - XİN-də qeyd ediblər.

Azərbaycan XİN Rusiya prezidentinin üçtərəfli bəyanatın mühüm bir nailiyyəti kimi qan tökülməsinin dayandırılması olduğuna dair qiymətləndirməsini tamamilə bölüşür.

“Rusiya prezidentinin beynəlxalq hüquq nöqteyi-nəzərindən həm Dağlıq Qarabağın, həm də onun ətrafında olan bütün bölgələrin Azərbaycan ərazisinin ayrılmaz hissəsi olduğu barədə sözlər xüsusi əhəmiyyət kəsb edir. Rusiyanın bu mövqeyi BMT Təhlükəsizlik Şurasının qətnamələri,  ATƏT-in və digər beynəlxalq təşkilatların qərarlarının möhkəm təməlinə söykənir”, -XİN-in bəyanatında deyilir.

Aazərbaycan ərazilərinin Ermənistanın nəzarəti altında olması barədə açıqlama da mühüm əhəmiyyət daşıyır.

“Bu açıqlama erməni tərəfinin dünya ictimaiyyətini aldatmaqla Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistanın yaratdığı qanunsuz rejimini ön plana gətirmək cəhdlərinin tamamilə uğursuz olduğunu təsdiq edir”, - XİN qeyd edib.

Ermənistan rəhbərliyinin münaqişə çərçivəsinin genişləndirilməsi və münaqişəyə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını cəlb etmək cəhdləri əsassız oldu. Rusiya prezidenti müsahibəsində bir daha açıq və aydın şəkildə heç kimin Ermənistan ərazisinə təcavüz etmədiyini bəyan etdi. Beləliklə, bütün döyüş əməliyyatlarının 1990-cı illərdə Ermənistanın silahlı qüvvələri tərəfindən işğal olunmuş yalnız ölkəmizin ərazisində baş verdiyi barədə Azərbaycanın mövqeyi təsdiqləndi.

“Xüsusilə qeyd olunmalıdır ki, Rusiya prezidenti Ermənistan tərəfinin bu ilin 9 noyabr tarixli razılaşmaların şərtlərinin yerinə yetirməkdən ehtimal edilən imtinanı "böyük səhv" və hətta "intihar" kimi xarakterizə edib”, - bəyanatda qeyd olunur. 06D-

 

Rəy yaz

Siyasət

Taksi sayı azaldılır, bəs köhnə taksiçilər nə ilə dolanacaqlar? – Rauf Ağamirzəyev Çətin sualda



Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti