Açiq mənbələrdən foto.

Açiq mənbələrdən foto.

Bakı/19.11.20/Turan: Avropa Komissiyası Dağlıq Qarabağ və onun ətrafındakı rayonlarda zərər çəkmiş mülki şəxslərə humanitar yardım göstərilməsi üçün əlavə olaraq 3 mln. avro ayrılması haqqında qərar qəbul edib.

Bundan əvvəl Avropa Komissiyası bu məqsədlə 900 min avro ayırmışdı.

Böhran idarəçiliyi üzrə Avropa komissarı Yanets Lenarçiç deyib ki, Aİ döyüş əməliyyatlarının dayandırılmasını alqışlayır və mülki şəxslərə humanitar yardım göstərməyə davam edir.

“Buna baxmayaraq, məcburi köçkün olan və koronavirus pandemiyasının təsiri ilə birlikdə sərt qış şəraiti ilə üzləşəcək həssas əhali qruplarının humanitar vəziyyətindən mən son dərəcə narahatam”, deyə o bildirib.

O qeyd edib ki, Aİ-nin hər bir humanitar yardımı insanlıq, bitərəflik, qərəzsizlik və müstəqillik humanitar prinsiplərinə uyğun olaraq təmin edilir. -71D-

 

Rəy yaz

Siyasət

Taksi sayı azaldılır, bəs köhnə taksiçilər nə ilə dolanacaqlar? – Rauf Ağamirzəyev Çətin sualda



Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti