Josep Borrell
Aİ Dağlıq Qarabağda atəşkəsi ilk addım adlandırıb
Bakı/19.11.20/Turan: Avropa İttifaqı Dağlıq Qarabağda döyüşlərin dayandırılmasını alqışlayır, amma bunu münaqişənin nizamlanması yolunda yalnız ilk addım hesab edir, bu barədə Aİ-nin xarici siyasət və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrelin 19 noyabr tarixli bəyanatında deyilir.
Həmin gün Aİ-yə üzv 27 dövlətin xarici işlər nazirləri digər məsələlərlə yanaşı, Dağlıq Qarabağdakı vəziyyətə də həsr edilmiş videokonfrans keçirirlər, xəbəri DW-nin müxbiri verib.
Avropa İttifaqı “bütün tərəfləri” Rusiyanın vasitəçiliyi ilə Ermənistan və Azərbaycan arasında razılıq əldə edilmiş atəşkəs rejiminə “ciddi şəkildə” riayət etməyə çağırıb.
Aİ hesab edir ki, möhkəm nizamlanmaya, o cümlədən Dağlıq Qarabağın statusu məsələsində nizamlanmaya nail olmaq üçün səylər bərpa edilməlidir, deyə bəyanatda bildirilir.
Borrel qeyd edib ki, bütün region oyunçuları atəşkəsi təhlükə altına qoya biləcək istənilən əməldən və ritorikadan uzaq durmalıdırlar.
Avropa İttifaqı həmçinin Dağlıq Qarabağda yaşadıqları rayonları tərk etmək məcburiyyətinə qalan qaçqınların təhlükəsiz şəkildə qayıtması üçün şərait yaradılmasını vacib hesab edir.
“Aİ Dağlıq Qarabağ və onun ətrafında mədəni və dini irsin qorunub saxlanılmasının və bərpa edilməsinin əhəmiyyətini qeyd edir. Aİ bundan sonra da zərər çəkmiş əhaliyə humanitar yardım göstərməyə hazırdır”, deyə Borrel qeyd edir. -0-
-
- Siyasət
- 20 Noyabr 2020 08:37
Siyasət
-
İran prezidentini İran-Azərbaycan sərhəddinə müşayiət edən İran dövlət televiziyasının müxbiri gecə yarısı helikopter qəzasının təfərrüatlarını bildirib.
-
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İran İslam Respublikasının Prezidenti İbrahim Rəisini daşıyan helikopterin İranda qəza enişi etməsi ilə bağlı X sosial şəbəkəsindəki rəsmi səhifəsində paylaşım edib.
-
Mayın 19-da İran prezidenti Xudafərin və Qızqalası su elektrik layihələrinin işə salınması mərasimindən qayıdarkən, onun helikopteri Şərqi Azərbaycan vilayətinə sərt eniş edib.
-
Mayın 19-da iki ölkə prezidentləri İbrahim Rəisi və İlham Əliyevin iştirakı ilə İran-Azərbaycan sərhədində Araz çayı üzərində yerləşən “Xudafərin” və “Qızqalası” su elektrik komplekslərinin açılış mərasimi keçirilib.
Rəy yaz