rambler.ru
Putin Qarabağa dair razılaşmaların pozulmasının nəticələri barədə xəbərdarlıq edib
Bakı/20.11.20/Turan: Moskva, Yerevan və Bakı arasında Qarabağla bağlı üçtərəfli sazişin reallaşdırılmasını əngəlləmək istəyənlər başa düşməlidirlər ki, bu sənədə alternativ müharibədir, bu barədə Rusiya prezidenti Vladimir Putin bildirib.
"Rusiya, Ermənistan və Azərbaycan prezidentlərinin üçtərəfli bəyanatının həyata keçirilməsinin ləngiməsi tendensiyası barədə indicə dediklərinizi eşidəndə təəccübləndim. Bunu etməyə çalışan insanlar başa düşməlidirlər ki, alternativ yalnız bir — müharibə ola bilər", - deyə Prezident Qarabağda Rusiya sülhməramlı missiyası ilə bağlı müşavirədə bildirib.
“Allah eləməsin, bu baş verərsə, qurbanların qanı onların əlində olacaq. Bu müqaviləni pozmağa çalışanlar. Bunu hamı anlamalıdır və dərk etməlidir", - deyə Putin əlavə edib.
Erməni icmasında Qarabağla bağlı üçtərəfli bəyanatdan imtina etmək çağırışları səsləndirilir və buna görə də noyabrın 10-da müharibə dayandırılıb.
Məsələn, WarGonzo” layihəsinin müəllifi, Rusiya Federasiyasının vətəndaşı Semyon Peqovun “SolovyovLive” verilişində Yaxın Şərq və Orta Asiya Araşdırmaları Mərkəzinin direktoru, RF vətəndaşı Semyon Baqdasarovla “Dağlıq Qarabağ və ətraf rayonların işğaldan azad edilməsi” mövzusunda birgə apardıqları videoformatlı müzakirə zamanı ermənilərin məğlubiyyətlə barışmayaraq Qarabağdakı Azərbaycan əsgərlərinə hücumlar edilməsi, müxtəlif döyüş əməliyyatlarının hazırlanması, partizan müharibəsinin başlayacağı barədə məlumat açıqlayıblar. -0—
Siyasət
-
Ukrayna Prezidenti Volodimir Zelenski mayın 21-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.
-
Azərbaycanın müdafiə naziri Zakir Həsənov Türkiyə Silahlı Qüvvələrinin Quru Qoşunlarının komandanı Səlcuq Bayraktaroğlunun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
-
Azərbaycan Xalq Cəbhəsi Partiyasının yerli fəalı İmran Qurbanov Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda saxlanılıb. Bu barədə Turan-a Azərbaycan Xalq Cəbhəsi Partiyası Naxçıvan regional sədri Yaşar Bağırsoy bildirib.
-
Mayın 21-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və İranın xarici işlər naziri vəzifəsini icra edə Əli Bağeri Kani telefonla danışıblar.
Rəy yaz