Açiq mənbələrdən foto.

Açiq mənbələrdən foto.

Bakı/23.11.20/Turan: Son günlər ölkəmizdə yeni növ koronavirusa (COVID-19) yoluxma hallarının artması və hava şəraitinin infeksion və respirator xəstəliklərin yayılması üçün əlverişli olmasını nəzərə alaraq, Fövqəladə Hallar Nazirliyi əhalini ölkə ərazisində tətbiq olunan xüsusi karantin rejiminin tələblərinə əməl etməyə, bu təhlükəli virusdan qorunmaq üçün müvafiq təhlükəsizlik qaydalarına riayət etməyə çağırır.

İdarənin saytında yerləşdirilmiş videomaterialda “çox sadə” üç qaydaya riayət etmək zərurəti qeyd edilir.

Belə ki, bütün qapalı və açıq məkanlarda müvafiq qaydada tibbi maskadan istifadə etmək, başqa şəxslərlə minimum iki metr sosial məsafə saxlamaq, əlləri tez-tez sabunla yumaq və ya spirt tərkibli məhlulla dezinfeksiya etmək tələb olunur.

“Özünüzdə və yaxınlarınızda koronavirusa yoluxmanın əlamətlərini (hərarətin yüksəlməsi, boğazda qıcıqlanma və ağrı, quru öskürək, təngənəfəslik) müşahidə etdikdə dərhal təcili tibbi yardıma müraciət edin. Unutmayın: qaydalara biganəlik – həyatımıza təhlükədir!”, deyə məlumatda qeyd edilir. http://www.fhn.gov.az/index.php?aze/news/xeber/2020/11/23/37826  . –16D-

 

Rəy yaz

Siyasət

Taksi sayı azaldılır, bəs köhnə taksiçilər nə ilə dolanacaqlar? – Rauf Ağamirzəyev Çətin sualda



Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti